Icma.az
close
up
RU
Zəngilan Böyük Qayıdışın və milli dirçəlişin rəmzi

Zəngilan Böyük Qayıdışın və milli dirçəlişin rəmzi

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Zəngilan zəngin tarixi, füsunkar təbiəti və strateji əhəmiyyəti ilə ölkəmizin ayrılmaz tərkib hissəsidir. Bu gün Zəngilan şəhəri özündə tarixi yaddaşı, Vətən sevgisini, milli iradəni və Azərbaycanın quruculuq əzmini birləşdirən mühüm rəmzlərdən biri kimi xüsusi məna daşıyır. Oktyabrın 20-də qeyd olunan Zəngilan Şəhəri Günü xalqımızın tarixi qələbəsinin, ərazi bütövlüyümüzün bərpasının və doğma torpaqlara qayıdış arzusunun təntənəsidir.

Zəngilanın taleyi Azərbaycanın müasir tarixinin ən mühüm hadisələri ilə sıx bağlıdır. Ermənistanın hərbi təcavüzü nəticəsində 1993-cü il oktyabrın 29-da işğal edilən rayon uzun illər ərzində doğma sakinlərinin həsrətinə çevrildi. İşğal dövründə Zəngilanın yaşayış məntəqələri, tarixi-mədəni irsi və infrastrukturu ciddi dağıntılara məruz qaldı. Lakin bütün çətinliklərə baxmayaraq, zəngilanlılar doğma yurda qayıtmaq ümidini itirmədilər, Vətənə bağlılıqlarını qoruyub saxladılar.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı. Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad olunması hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı, xalqımızın tarixi ədalətin bərpasına olan inamını daha da gücləndirdi.

Zəngilanın azad edilməsi Azərbaycanın cənub-qərb istiqamətində hərbi-strateji mövqelərinin möhkəmlənməsi baxımından mühüm hadisə idi. Rayonun coğrafi mövqeyi, İranla dövlət sərhədinə çıxışı və regionun nəqliyyat-kommunikasiya imkanları onun geosiyasi əhəmiyyətini artırır. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan dövlət sərhədinin həmin istiqamətdə nəzarətini bərpa etdi, bölgənin gələcək iqtisadi inkişafı və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar yarandı.

Zəngilanın dirçəlişi dövlətimizin işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr şəhərin müasir standartlar əsasında yenidən qurulmasını, infrastrukturun bərpasını, iqtisadi potensialın reallaşdırılmasını və əhalinin doğma yurduna qayıdışını hədəfləyir. Yol-nəqliyyat şəbəkəsinin inkişafı, yaşayış məntəqələrinin salınması, sosial obyektlərin inşası və istehsal sahələrinin yaradılması Zəngilanın gələcək inkişafının əsasını təşkil edir.

Rayonun inkişafında Ağalı kəndində həyata keçirilən layihə xüsusi yer tutur. İşğaldan azad edilmiş ərazilərdə müasir yanaşma əsasında qurulan ilk kəndlərdən biri olan Ağalı “ağıllı kənd” konsepsiyasının tətbiqi ilə diqqət çəkir. Burada yaradılan yaşayış və sosial infrastruktur, müasir texnologiyalara əsaslanan xidmətlər Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir. Ağalı təcrübəsi göstərir ki, azad edilmiş torpaqlarda məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrini bərpa etmək deyil, həm də insanlara təhlükəsiz, rahat və müasir həyat şəraiti yaratmaqdır.

Zəngilanın gələcək inkişaf perspektivləri onun təbii sərvətləri, kənd təsərrüfatı imkanları, əlverişli coğrafi mövqeyi və nəqliyyat potensialı ilə də bağlıdır. Rayonun beynəlxalq nəqliyyat dəhlizləri baxımından əhəmiyyəti artdıqca Azərbaycanın regional iqtisadi əlaqələrində oynadığı rolun da genişlənəcəyi gözlənilir. Bu baxımdan Zəngilanın bərpası yalnız yerli əhəmiyyətli layihə deyil, bütövlükdə Azərbaycanın iqtisadi və strateji maraqlarına xidmət edən mühüm dövlət siyasətidir.

Zəngilan Şəhəri Günü həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Bu torpaqların azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın fədakarlığı, qazilərimizin şücaəti və xalqımızın sarsılmaz birliyi qələbəmizin mənəvi əsasını təşkil edir. Zəngilanın azadlığı uğrunda aparılan mübarizə bir daha sübut etdi ki, Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxmaq əzmindədir və milli iradəsini heç bir qüvvə sarsıda bilməz.

Bu gün Zəngilan keçmişin ağrılı xatirələrindən gələcəyin quruculuq üfüqlərinə doğru irəliləyir. Şəhərin yenidən qurulması, doğma sakinlərin mərhələli şəkildə geri qayıtması və iqtisadi həyatın canlanması Böyük Qayıdışın mühüm mərhələlərindəndir. Hər yeni yaşayış məntəqəsi, çəkilən yol, tikilən məktəb və yaradılan iş yeri Azərbaycanın öz torpaqlarında sülhü, sabitliyi və davamlı inkişafı təmin etmək əzmini ifadə edir.

Zəngilan Şəhəri Günü xalqımızın qələbə ruhunu, dövlətimizin gücünü və gələcəyə inamını təcəssüm etdirir. Bu əlamətdar gün bizə xatırladır ki, torpaqlarımızın azadlığı milli birliyimizin və qətiyyətimizin nəticəsidir. Zəngilanın dirçəlişi isə Azərbaycanın qarşıya qoyduğu məqsədlərə inamla irəlilədiyinin, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlandığının bariz göstəricisidir.

Zəngilan bu gün azadlığın, dirçəlişin və Böyük Qayıdışın ünvanıdır. Onun yenidən qurulan küçələri, canlanan kəndləri və gələcəyə açılan inkişaf yolları müstəqil Azərbaycanın gücünü, xalqımızın yenilməz ruhunu və dövlətimizin quruculuq iradəsini nümayiş etdirir.

Kamran Əmirov,

YAP Qusar rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri