Icma.az
close
up
RU
Zəngilan heyvandarlıqda digər rayonları geridə qoyacaq xəbər var

Zəngilan heyvandarlıqda digər rayonları geridə qoyacaq xəbər var

Icma.az bildirir, Modern.az portalına istinadən.

Qarabağ və Şərqi Zəngəzurda yeni iqtisadi zonalar formalaşdırılır. 

Modern.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

"Ağdam Sənaye Parkı ilə yanaşı, Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasında da artıq şirkətlər fəaliyyət göstərir.  Hazırda burada 19 rezident və 3 qeyri-rezident müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir”,-deyə o qeyd edib.

Xüsusi nümayəndə vurğulayıb ki, kənd təsərrüfatının bölgənin prioritet sahələrindən biridir:

“Cəbrayıl, Qubadlı və Zəngilan zəngin su ehtiyatlarına və münbit torpaqlara malikdir. Araz, Həkəri, Oxçu və Bərgüşad çayları bölgədə bağçılıq və taxılçılığın inkişafı üçün əlverişli şərait yaradır. Heyvandarlıq sahəsində də iri layihələr icra olunur. Zəngilanda respublikanın ən böyük Anqus cinsli heyvandarlıq kompleksi yaradılıb və burada 10 min baş heyvan saxlanılması nəzərdə tutulur. Eyni zamanda, “Hicaz Broiler” şirkəti tərəfindən iri quşçuluq layihəsi həyata keçirilir, digər holdinqlər də bölgədə fəaliyyətə başlayıblar”.

V.Hacıyev əlavə edib ki, Prezident İlham Əliyevin elan etdiyi “yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda bütün layihələr ekoloji prinsiplər əsasında icra edilir. Yaşayış evlərində günəş panellərindən istifadə olunur, enerji səmərəliliyinə üstünlük verilir:

"Bp şirkəti Cəbrayılda gücü 240 meqavat olan günəş elektrik stansiyasını inşa edir. Bundan başqa, iki şirkət tərəfindən hər biri 50 meqavat gücündə daha iki günəş elektrik stansiyası tikilir. Eyni zamanda, ümumi gücü təxminən 42 meqavat olan dörd su elektrik stansiyasının da inşası həyata keçirilir. Təbii ki, logistika sahəsi regionun gələcək inkişafında xüsusi əhəmiyyət daşıyır. Böyük İpək Yolunun üzərində yerləşən Qarabağ və Şərqi Zəngəzur bu gün yenidən Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzinə çevrilir. Horadiz-Ağbənd avtomobil və dəmir yolu layihələri, Ağbənd körpüsü, Zəngilan Beynəlxalq Hava Limanı və Zəngəzur dəhlizi istiqamətində görülən işlər regionun gələcək inkişafını müəyyən edən əsas layihələrdir".

Vahid Hacıyev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə bina və yolların tikintisindən ibarət deyil:

“Burada yeni şəhərlər qurulur, yeni iqtisadiyyat formalaşdırılır, yeni həyat başlayır. Bu layihələrin mərkəzində isə insan dayanır. Məhz buna görə də bu gün ölkəmizin ən böyük ehtiyacı peşəkar, məsuliyyətli və təşəbbüskar kadrlardır. Qürur hissi ilə deyə bilərəm ki, bu layihələrdə sizin kimi gənc, savadlı və vətənini sevən mütəxəssislər çalışır. İnanıram ki, bu zalda əyləşən bir çox iştirakçı da gələcəkdə Qarabağın inkişafına öz töhfəsini verəcək. Böyük Qayıdış proqramı çərçivəsində artıq Cəbrayıl, Zəngilan və Qubadlıda bir sıra yaşayış məntəqələrinə köç həyata keçirilib, digər kəndlərin tikintisi isə davam edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri