Icma.az
close
up
RU
Zəngilanın termal, ekoturizm, aqroturizm və kənd turizmi sahələrində böyük potensialı var Ekspert

Zəngilanın termal, ekoturizm, aqroturizm və kənd turizmi sahələrində böyük potensialı var Ekspert

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun sakinləri ilə görüşərkən qeyd edib ki, Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm də Araz dəhlizi buradan keçəcək.

Nəqliyyat xətləri Zəngilanı turizim baxımından əlçatanlığını necə artıracaq? Hansı digər üstünlüklər yarana bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən turizim eksperti Rəhman Quliyev bildirdi ki, Zəngilan yaxın gələcəkdə Azərbaycanın ən mühüm nəqliyyat mərkəzlərindən birinə çevriləcək:

"Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündə qeyd etdiyi kimi, həm Zəngəzur dəhlizi, həm də Araz dəhlizi bu ərazidən keçəcək. Bu nəqliyyat layihələri Zəngilanın iqtisadi və sosial inkişafı ilə yanaşı, turizm sektorunun genişlənməsi üçün də böyük imkanlar yaradacaq. Yeni yolların və dəmir yolu xətlərinin istifadəyə verilməsi nəticəsində bölgəyə yerli və xarici turistlərin əlçatanlığı artacaq, səfərlər daha rahat və sürətli olacaq".

Müsahibimizin fikrincə, artıq fəaliyyətə başlayan Zəngilan Beynəlxalq Hava Limanı da bu baxımdan mühüm əhəmiyyət daşıyır:

"Hava, quru və dəmir yolu əlaqələrinin inteqrasiyası Zəngilanı Cənubi Qafqazın çoxnəqliyyatlı qovşaqlarından birinə çevirəcək. Turizm baxımından Zəngilanın termal, ekoturizm, aqroturizm və kənd turizmi sahələrində böyük potensialı var. Qotur su termal bulağı, Araz çayı vadisi, Oxçu çay, dağ və meşə mənzərələri bölgəyə gələn ziyarətçilər üçün cəlbedici istiqamətlər yaradacaq. Yeni nəqliyyat dəhlizləri isə bu marşrutlara asan çıxış təmin edəcək.

Turizmin inkişafı yeni iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın genişlənməsinə və yerli sakinlərin kənd təsərrüfatı məhsullarının satışının artmasına şərait yaradacaq. Bu isə həm sosial rifahın, həm də regionun ümumi iqtisadi dinamikasının yüksəlməsinə səbəb olacaq".

Rəhman Quliyevin sözlərinə görə, Zəngilanın həm Zəngəzur, həm də Araz dəhlizi üzərində yerləşməsi rayonun gələcəkdə regional tranzit və turizm mərkəzinə çevriləcəyini göstərir:

"Yeni nəqliyyat xətləri sayəsində Zəngilan təkcə Azərbaycanın deyil, bütövlükdə regionun mühüm iqtisadi və turizm qovşağı statusunu qazanacaqdır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see342

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see220

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see188

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see174

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see171

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri