Icma.az
close
up
RU
Zəngilanın da öz balı var

Zəngilanın da öz balı var

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu rayonun ərazisindən axan Araz, Oxçuçay, Bəsitçay və Həkərinin bol suları ilin bütün fəsillərində kənd təsərrüfatını inkişaf etdirməyə zəmin yaradır. Söhbət Zəngilandan gedir. Qarabağ və Şərqi Zəngəzurdakı torpaqlarımız işğaldan azad edildikdən sonra digər ərazilər kimi, burada da geniş quruculuq işləri həyata keçirilib və tarixi ənənəyə uyğun olaraq aqrar sahə yeni inkişaf dövrünə qədəm qoyub. Arıçılıq təsərrüfatları bu gün Zəngilanda daha geniş formada inkişaf edir.

Rayonda “Qubad həkim” kimi tanınan Qubad Bağırovu hələ 1970-ci illərdən tanıyırdım. O, rayon baytarlıq idarəsinin baş həkimi işləyir, çiçəklərin şəhdini–şirəsini çəkən arılara qulluq edirdi. Qubad həkimin əldə etdiyi bal keyfiyyəti ilə məşhur idi. Rayon işğal ediləndən sonra, köçkünlük dövründə çətinliklə də olsa, ailəsi arıçılıq təsərrüfatını bərpa etdi. 10 ilə yaxın arıları müxtəlif ərazilərdə saxlamalı oldular.

Son illər təsərrüfata böyük oğlu Sərməs rəhbərlik edir. Onun dedikləri:

– Ailəmizin tarixi məşğulluq ənənəsini yaşatmaq üçün bir sıra çətinliklərlə qarşılaşsaq da, fikrimizdən dönmədik, arılarla “həmdərd” olmağa və təsərrüfatı inkişaf etdirməyə başladıq. Ən böyük arzumuz azad olunan yurdumuzda yaşamaq və təsərrüfatı dirçəltmək idi. Şükür, arzumuza çatdıq.

Torpaqlarımız azad edilən kimi birincilər sırasında rayona qayıdan fermer yaratdığı təsərrüfatı inkişaf etdirmək üçün son dərəcə əzmlə çalışır. Bununla bağlı söhbət zamanı o dedi:

– Əvvəllər arıları mövsümlə əlaqədar ayrı-ayrı rayonlarda gəzdirməli olduğumuz üçün çox əziyyət çəkirdik. Demək olar ki, onları aparmadığımız ərazi qalmamışdı. Bu da maliyyə sarıdan böyük çətinlik yaradırdı. İndi isə rayonumuzun iqlim şəraiti imkan verir ki, arı ailələrini bir yerdə saxlayaq, bu zəhmətkeş həşərat “azadlığına qovuşan” çiçəklərdən şipşirin bal çəksin və biz çox keyfiyyətli məhsul ala bilək.

Hazırda 50 arı ailəsinə baxan fermer Sərməs kişi ilə Bakıdan Zəngilana qədər yolyoldaşı olduq və təsərrüfatında xeyli söhbətləşdik. Bildirdi ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə 30 min 601 təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5 min 166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə olunub. O da bu uğura öz töhfəsini verə bilib.

– Təsərrüfatımız dədə-baba evimizin yaxınlığındakı ərazidədir və təravətli bal istehsalı ilə seçilir. Topladığımız məhsulu satmaqda heç bir çətinliklə qarşılaşmırıq. “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan şəhərində inşa edilən 2 mərtəbəli binada 3 otaqlı mənzillə təmin olunmuşuq. Bu günü səbirsizliklə gözləyirdik. Tezliklə yeni mənzilimizə köçərək əzəli yurdumuzda rahat və təhlükəsiz yaşamaqla, təsərrüfatı daha geniş şəkildə inkişaf etdirə biləcəyik.

Ali təhsilli fermer son günlər Zəngilan Rayon Qoruq İdarəsinə müfəttiş vəzifəsinə təyin olunub. Deyir ki, bu iş də ürəyimcə oldu, “çiçəklərlə danışmaq” və onların cəmiyyətə faydasından yetərincə bəhrələnmək mənə əlavə stimul verir. Çünki Zəngilan balı sağlamlığa fayda, dərdlərə məlhəmdir.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri