Icma.az
close
up
RU
Zərdabda dayandırılan toyun izi ilə İkinci cəhddə nələr baş verə bilər?

Zərdabda dayandırılan toyun izi ilə İkinci cəhddə nələr baş verə bilər?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Zərdab rayonunda keçirilən toy mərasimi erkən nikaha görə yarımçıq qalıb. Şadlıq saraylarından birində 33 yaşlı oğlanla 17 yaşlı qızın evliliyi rəsmiləşdirilmək istəyərkən polis əməkdaşları tədbirə müdaxilə edib və mərasim dayandırılıb. Qanunvericiliyə uyğun olaraq məsul şəxslər barəsində cərimə tədbirləri tətbiq edilib.

Hadisədən sonra jurnalistlərin suallarını cavablandıran oğlanın atası bildirib ki, erkən nikahların qadağan olunduğundan xəbərsiz olub. Onun sözlərinə görə, belə bir məhdudiyyəti bilsəydi, bu addımı atmazdı. “Mən bilsəydim, etməzdim. Toya xeyli xərc qoymuşdum, amma icazə vermədilər. Evimə də gəlin gətirə bilmədim”, – deyə o əlavə edib.

Məsələ ilə bağlı News24.az-a danışan Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü, deputat Günay Ağamalı bildirib ki, qəbul olunan qanunlar, həyata keçirilən sosial layihələr, təbliğat və maarifləndirmə tədbirləri açıq şəkildə göstərir ki, erkən nikah nə hüquqi, nə də mənəvi cəhətdən qəbul edilə bilər: 

"Lakin bütün bu səylərə baxmayaraq, hələ də bəzi hallarda erkən nikaha cəhdlərin şahidi oluruq. Bu isə onu göstərir ki, yalnız cərimə və inzibati tədbirlərlə deyil, daha çox maarifləndirmə və sosial məsuliyyət mexanizmləri ilə mübarizə aparılmalıdır. Erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm də uşağın, xüsusilə qız övladlarımızın həyatının, təhsilinin, gələcəyinin əlindən alınmasıdır".

Millət vəkili cərimə tətbiqinin müəyyən dərəcədə çəkindirici təsir göstərir vurğulayıb: "Bu, məsələnin yalnız hüquqi tərəfidir. Ancaq mövcud problemin tamamilə aradan qaldırılmasında təkcə cərimə mexanizmi kifayət etmir. Əsl hədəf cəmiyyətdə bu cür halları yaradanlara qarşı mübarizə aparmaq, onların şüurunda dəyişiklik yaratmaq, hər bir vətəndaşın anlayışında erkən nikahın yolverilməz olduğunu kökləndirməkdir. Eyni zamanda, cinsiyyət fərqi olmadan övladlarını erkən nikaha sövq edən valideyinlər müasir dövrdə təhsilin insan həyatında, onun yaşam standartlarında əvəzsiz bir rola sahib olacağı gerçəkliyinin də fərqində olmalıdırlar".

Onun sözlərinə görə, cərimələrlə yanaşı maarifləndirmə tədbirləri daha da gücləndirilməli, məktəblərdə, kənd və qəsəbələrdə, xüsusilə, bu kimi halların daha çox təkrarlandığı bölgələrdə mütəmadi izahat işləri aparılmalı, gənclərimizin gələcəyi təhlükə altına atılmamalıdır. 

"Hər bir uşaq təhsil almaq, sağlam böyümək və xoşbəxt gələcək qurmaq hüququna malikdir" - deyə o vurğulayıb.

Xatırladaq ki, 2024-cü il iyulun 23-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanununa əsasən, Ailə Məcəlləsinə dəyişiklik edilib və nikah yaşının 1 il azaldılmasına imkan verən istisna, eləcə də nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız hesab edilməsi ilə bağlı müddəa aradan qaldırılıb. Bununla da ölkəmizdə nikah yaşı yalnız 18 yaş olaraq müəyyən olunub.

Bundan əlavə, 2025-ci il iyulun 1-dən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib və erkən evlilik mərasimlərinin təşkili ilə bağlı cərimələr tətbiq olunmağa başlanıb. Yeni qaydalara əsasən, fiziki şəxslər (məsələn, valideynlər) 1 000–1 500 manat, vəzifəli şəxslər 3 000–4 000 manat, hüquqi şəxslər isə (məsələn, restoran müəssisələri) 6 000–9 000 manat məbləğində cərimələnirlər. Təkrar hallarda isə bu məbləğ daha da artırılaraq, fiziki şəxslər üçün 2 000–2 500 manat, vəzifəli şəxslər üçün 5 000–6 000 manat, hüquqi şəxslər üçün isə 10 000–13 000 manat müəyyən edilib.

Eyni zamanda, nikah bağlanmadan dini kəbin mərasimi təşkil edənlər də məsuliyyət daşıyır. Belə ki, bu əməli ilk dəfə törədən fiziki şəxs 1 000 manat cərimə edilir, təkrar törədildiyi halda isə 2 000 manat cərimə və ya 15 gün–1 ay müddətində inzibati həbs tətbiq olunur.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri