Zərdabda zəncirvarı qəza baş verib, ölən var FOTO
Zərdabda "Mercedes" markalı minik maşını, "Gazel" markalı yük avtomobili və motosikletin iştirakı ilə zəncirvarı qəza baş verib.
"Ölkə.az" APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun Zərdabın Bəyimli qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Nəticədə hər 3 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, 1 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.
Zərərcəkənlər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
![](https://olke.az/file/articles/2024/11/14/1731606138_673633cf58b60673633cf58b611731605455673633cf58b5e673633cf58b5f.jpg)
![](https://olke.az/file/articles/2024/11/14/1731606100_673634cde873f673634cde87401731605709673634cde873d673634cde873e.jpg)
![see](https://icma.az/template/assets/see.png)