Icma.az
close
up
RU
Zərdabın icra başçısı deyir ki, əmlakını satıb, bizə 3 milyon 200 min manat verəcəksən ŞİRVAN SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Zərdabın icra başçısı deyir ki, əmlakını satıb, bizə 3 milyon 200 min manat verəcəksən ŞİRVAN SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Şirvan şəhər sakini Həsənov İlham Böyükkişi oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

"Hörmətli Prezident!

Mən, Həsənov İlham Böyükkişi oğlu, yazaraq Sizdən kömək gözləyirəm. Bilirəm ki, bu müraciətim sizə çatsa, başıma açılan bu haqsızlıqlara son veriləcək.

20 ildir YAP-ın üzvüyəm. Həmçinin, 2015-ci ildən Dövlət Məşğulluq Agentliyindədə iş növbəsindəyəm.  
Bildirirəm ki, Əlibayramlı (Şirvan-müəl.) Şəhər İcra Hakimiyyəti başçısının 30 yanvar 1996-cı il tarixli sərəncamına əsasən “Ləman” kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün 60 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı "Ləman" Kəndli Fermer Təsərrüfatına “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. "Ləman" kəndli Fermer Təsərrüfatının mülkiyyətinə verilmiş 60 ha torpaq sahəsinin koordinatları hal-hazırda Salyan Rayon İcra Hakimiyyəti başçısının 15.09.2014-cü il tarixli, 200S sərəncamı ilə Səfərov Əhəd Heybət oğluna ayrılmış 1150 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Lakin bildirmək istəyirəm ki, "Ləman" Kəndli Fermer Təsərrüfatının mülkiyyətinə torpaq sahəsi 1996-ci ildə verilmişdir. 
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edillməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan(inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

Hazırda isə məni təhdiq edən Zərdab rayon icra başçısı bildirir ki, "həmin əmlakı satıb, bizə 3 milyon 200 min manat verəcəksən". Dəfələrlə şərlənmə, hədə-qorxu ilə üz-üzə qalmışam. Post-patrul xidməti cinayətkarmışam kimi daim məni izləyir. Özüm namaz qılan, oruc tutan adamam. Az qalıram əmlakı verim, özüm də vətəndaşlıqdan imtina edim. 17 yaşında əkiz övladlarım təzyiqlərə məruz qalaraq dünyasını dəyişdilər. İllərdir işsizlikdən əziyyət çəkirəm. 

Cənab Prezident!

Şirvanda əkin üçün 60 hektar yerim var, əkinlərimi, bağı sulamaq üçün mənə icazə vermirlər. İcra başçısı deyir: "sən kimsən, bu sudan istifadə edəsən?!" Ayda 4 dəfə məhkəmələrdə oluram. Artıq yorulmuşam. Mənə aid olan torpağımdan, əmlakımdan istifadə edə bilmirəm. 77 min manat haqsız yerə cərimə olunmuşam. Torpağım daim istifadədə olub. Bu günə kimi də vergiyə borcum olmayıb. 

Xahiş edirəm, bu problemimlə bağlı göstəriş verəsiniz. Artıq haqsızlığa tab gətirə bilmirəm".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Mart 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri