Icma.az
close
up
RU
Zərərçəkənlər danışdı Vardanyanın məhkəməsi

Zərərçəkənlər danışdı Vardanyanın məhkəməsi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 8-də davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra Z.Ağayev bildirib ki, təqsirləndirilən Ruben Vardanyanın ötən iclasda verdiyi vəsatətlə bağlı cinayət işinin materialları nəzərdən keçirilib. Qeyd edib ki, məhkəmə onun və müdafiəçisinin verdiyi bütün vəsatətləri qiymətləndirib.

Ardınca Ruben Vardanyan məhkəməyə müraciət edib. Bildirib ki, daha əvvəl məhkəmə kollegiyası iclas protokolları ilə tanış olmaq üçün ona və müdafiəçisinə şərait yaradıb. Hazırda isə məhkəmə hazırlıq iclasında qəbul edilmiş və protokollarda öz əksini tapmış qərarlarla tanış olmaq istəyirlər. Bundan başqa, müdafiə tərəfi müxtəlif tarixlərdə keçirilən iclaslarda verdikləri vəsatətlərin təmin olunmasına dair qərarlardan çıxarışın da onlara təqdim olunmasını xahiş edib.

Vəkil Avraam Berman təqsirləndirilən şəxsin müraciətini müdafiə edib.

İclasa sədrlik edən hakim Zeynal Ağayev deyib ki, indiyədək təqsirləndirilən şəxs və onun müdafiəçisinə istədikləri sənədlərlə tanış olmaq üçün məhkəmə tərəfindən şərait yaradılıb, əvvəl olduğu kimi, yenə də şərait yaradılacaq.

Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.

Zərərçəkmiş Elməddin Lətifovun hüquqi varisi qismində ifadə verən Sabir Lətifov deyib ki, onun qardaşı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribat nəticəsində həlak olub.

Zərərçəkmiş Şamil Həsənovun hüquqi varisi Şiraslan Həsənov övladının Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini bildirib.

Zərərçəkmiş Şamxal Həmidovun hüquqi varisi qismində tanınaraq dindirilən Asif Şükürov qeyd edib ki, ki, Ş.Həmidov Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub.

Zərərçəkmiş Bəhruz Rüstəmlinin hüquqi varisi Mövlam Rüstəmli ifadəsində qardaşının Xocalı rayonu istiqamətində düşmənin açdığı atəş nəticəsində qəlpə yaralarından öldüyünü bildirib.

Zərərçəkmiş Kamal Qasımovun hüquqi varisi Sevinc Qasımova oğlunun Xankəndi şəhəri istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini söyləyib.

Zərərçəkmiş Pərviz Hünbətov ifadəsində deyib ki, Ağdam rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs diqqətə çatdırıb ki, hadisə zamanı Sadiq Qəhrəmanov həlak olub, Ramin Osmanov və Aqil Quliyev isə müxtəlif növ bədən xəsarətləri alıblar.

Məhkəmədə ifadə verən Elmir Qasımov isə dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında qeyd edib ki, o, Şuşa istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yanına düşərək partlaması nəticəsində sağ çiyin, sol ayaq, baş və bədənin müxtəlif nahiyələrindən çoxsaylı qəlpə xəsarətləri alıb.

Məhəmməd Mahmudov ifadəsində Xocavənd rayonu ərazisindən açılmış atəş nəticəsində kürəyindən xəsarət aldığını vurğulayıb.

Zərərçəkmiş Vəli Balabəyli ifadəsində Ağdərə rayonunun Canyataq kəndi istiqamətində atılmış artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını deyib. O, dövlət ittihamçısı Nəsir Bayramovun suallarını cavablandırarkən hadisə zamanı yanında olan daha iki nəfərin yaralandığını söyləyib.

Məhkəmədə ifadə verən Məhəmməd Kərimov isə Xocalı istiqamətində düşmənin snayperdən açdığı atəş nəticəsində boğaz nahiyəsindən yaralandığını, bir neçə şəxsin isə həlak olduğunu bildirib. Baş prokurorun böyük köməkçisi Vüsal ƏIiyevin sualına cavabında diqqətə çatdırıb ki, həmin vaxt düşmən ərazilərimizi iriçaplı silahlarla atəşə tutub.

Zərərçəkmiş Namiq Atakişiyev Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında vurğulayıb ki, o, Ağdam istiqamətində atılmış mərminin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət alıb.

Zərərçəkmiş şəxs Oruc Məmmədov Xocavənd rayonu ərazisində atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Digər zərərçəkmiş Amin Cavadov isə ifadəsində qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində düşmən tərəfindən atılan artilleriya mərmisinin içərisində olduğu maşının üzərinə düşərək partlaması nəticəsində xəsarət alıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən hadisə zamanı Tural Ağcabəyov və Mirpaşa Mehdizadənin həlak olduğunu, özündən başqa daha dörd nəfərin isə yaralandığını söyləyib.

Zərərçəkmiş Etibar Hüseyinli ifadəsində deyib ki, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin ərazisində yerləşən əkin sahəsində piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

Zərərçəkmiş Pərviz Qənbərov bildirib ki, Şuşa rayonunun Xəlfəli kəndində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində o, Rəşad Əliyev və Rəhim Nəsirov müxtəlif növ bədən xəsarətləri alıblar.

Zərərçəkmiş şəxs Mərkəz Sadıqov qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmilərindən biri onun təxminən 7-8 metr yaxınlığına düşərək partlayıb və nəticədə çoxsaylı xəsarətlər alıb.

Zərərçəkmiş şəxs Valeh İbrəhimov deyib ki, düşmən tərəfindən atılmış “Faqot” tank əleyhinə idarə olunan raketin yaxınlığında partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb.

Araz Usubov ifadəsində Xocavənd rayon ərazisində düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində ayaqlarından və boynundan çoxsaylı qəlpə xəsarətləri aldığını diqqətə çatdırıb.

Zərərçəkmiş Etibar Səfərov Kəlbəcər rayonunun ərazisində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət alığını söyləyib.

Orxan Kərəmli ifadəsində Ağdərə rayonu ərazisindən atılan minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını deyib.

Zərərçəkmiş Vasif Yusupov Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində yaralandığını bildirib.

Etibar Baxışov isə Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mərminin partlaması nəticəsində qəlpə xəsarəti aldığını qeyd edib.

Bəhruz Nəzərov ifadəsində bildirib ki, Zəngilan rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində yaralanıb.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyulun 15-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


























Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 İyul 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see420

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see359

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see294

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see270

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see234

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see223

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see205

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see200

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see193

Bu Avropa ölkəsinin vətəndaşlarının 40% dən çoxu milyonçudur... İBRƏTAMİZ

02 Avqust 2026 08:49see193

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see187

AZAL təyyarədə boş yerlər olduğu halda, cənazə aparan vətəndaşa bilet satmadı FOTOLAR

02 Avqust 2026 11:14see185

Bu səhvlər dəridə ləkə və erkən qocalmaya səbəb ola bilər

02 Avqust 2026 09:07see183

Dünyanın ən böyük qəhvə istehsalçıları açıqlandı Siyahı

02 Avqust 2026 18:07see179

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see176

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see171

İstanbulda inflyasiya iyul ayında sürətlənib

02 Avqust 2026 12:57see166

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see158

Donald Tramp özünə məxsus qolf klubunda bir gündə iki çempionluq qazandı VİDEO

03 Avqust 2026 01:25see154

Bu ölkə bizə Qara dənizdə kömək edə bilər Zelenski

02 Avqust 2026 08:00see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri