Icma.az
close
up
RU
Zərərçəkmiş, İldırımzadə və digər ittiham olunan şəxslərin həbsin istəyir

Zərərçəkmiş, İldırımzadə və digər ittiham olunan şəxslərin həbsin istəyir

Bakupost saytına istinadən Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım və onunla birgə ittiham olunan iki nəfərin məhkəməsi başlayıb.

Bakupost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən birinci iclasda müdafiə tərəfi bir sıra vəsatət qaldırıb.

Əvvəlcə xatırladaq ki, Rasim İldırım​zadə kimi tanınan polkovnik Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovla birgə mühakimə edilir. İttihama görə, onlar iş adamı Qurban Məmmədovu rayonlardan birinə icra başçısı təyin edilməsinə köməklik edəcəkləri vədi ilə aldadıb onun 510 min manat pulunu, 34 min manatlıq qızıl-zinət əşyalarını dələduzluqla ələ keçiriblər. Təqsirləndirilən şəxslər əvvəl həbs edilsələr də, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.

Adıçəkilən şəxslərdən başqa bu iş üzrə Balakən rayon sakini Hürü Əmiraslanova da cinayət məsuliyyətinə cəlb olunubmuş. Məlum olub ki, H.Əmiraslanova istintaq dövründə siçan dərmanı içərək həyatına qəsd edib. Onun cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Təqsirləndirilən şəxslər qeyd olunan vaxtda məhkəmə zalında olsalar da, zərərçəkmiş şəxs məhkəməyə gəlməyib. Amma o, vəkili Sadiq Rəsulov vasitəsilə sistemə vəsatət yerləşdirib. Zərərçəkmiş şəxs Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədovun həbs edilməsini istəyir. Əldə etdiyimiz məlumata görə, vəsatət həm ziyanın tam ödənilməməsi, həm də məhkəmədən yayına biləcəkləri ehtimalının qarşısını almaq üçün verilib.

Amma işə yeni vəkil qoşulduğu üçün onun iş materialları ilə tanış olması məqsədilə proses təxirə salınıb. Bu səbəbdən təqsirləndirilən şəxslərin həbsdə və ya sərbəst mühakimə edilməsinə hələ qərar verilməyib.

Məlumat üçün bildirək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir. O, daha çox Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin onunla çəkdiyi video ilə məşhur olmuşdu.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir. O, 2 il əvvəl elə dələduzluq ittihamı ilə məhkum edilmişdi. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri