Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zərif görünüşlü, əjdaha ürəkli Lexus RZ modeli təqdim edildi FOTO VİDEO

Zərif görünüşlü, əjdaha ürəkli Lexus RZ modeli təqdim edildi FOTO VİDEO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu maşınla ilk tanışlığımız Portuqaliyanın Algarve bölgəsində baş tudu. Təşkil olunan test yürüşündə iştirak etmək üçün uzun yolçuluq bizi yorsa da, maşının bir nüsxəsini otelin qarşısında görəndə ilk sözüm bu oldu; xanımlar üçün ideal görünüşlü maşındır. Lakin biraz dincəlib təqdimatda əldə etdiyim məlumatlar fikrimi dəyişdi. Niyə? Çünki bu maşının görünüşü nə qədər zərif olsa da, əjdaha ürəyi var – Zərif görünüşlü, əjdaha ürəkli Lexus RZ modellərinin test yürüşünü ertəsi gün həyata keçirdik. Düşünürdüm ki, tam elektrik mühərikli bu zərif maşın elə zərif yerişi ilə yadda qalacaq. Amma düz yolda ayağımı qaz pedalına biraz sərt sıxanda maşının sürətlənməsi məni təəccübləndirdi. Nə baş verdiyini aydınlaşdırmaq üçün yenidən qazı sıxdım. Budur, o zərif görünüşü Lüxus RZ modeli mükəmməl sürətlənməyə malik gücünü göstərir.

Bəri başdan deyim ki, Azərbaycanda Lexus RZ iki fərqli növdə təqdim olunacaq. Bunlardan birincisi 0-dan -100 km/saata 7.5 saniyəyə sürətlənən, 224 at gücünə sahib olan  RZ350e modeli, digəri isə 0-dan 100-ə 4.6 saniyəyə sürətlənən 381 at gücünə sahib olan RZ500e modelidir. Bütün modellər 77KVlıq böyük litium ion batareyasına sahibdirlər.

RZ modeli  Azərbaycanda yalnız 20 düymlük yüngül lehimli disk təchizatı ilə təqdim olunacaq ki, bu da normaldır. Çünki xarici görünüşdə bu disklər bu modelə ecazkar gözəllik bəxş edir.

Lexus RZ modellərinin elektriklər doldurulması üçün xüsusi diqqət edilməli olan bəzi məqamlar ki, bunları nəzər almaq vacibdir. Bu maşınlar 22 kVt-lıq AC şarj dəstəyi ilə təchiz olunur, bu 3 saat 30 dəqiqəyə enerji yığımı imkanı yaradır.

DC tipində isə avtomobil 150kvlıq şarj dəstəyinə sahibdir. 10-80%-ə enerji yığımını 30 dəqiqə ərzində edə biləcəksiniz.

Batareyanin öncədən qızdırılması funksiyası sual doğuran məsələdir. Məlumat üçün deyim ki, soyuq havalarda sarj vaxtını optimallaşdırmaq üçün yeni RZ modeli batareyanın öncədən qızdırılmasl fuksiyasına sahibdir. Lexus-un hesablamalarına görə, -10 dərəcədə əvvəlcədən qızıdırılma funsiyası aktiv olduqda batareyanın 10-80% doldurulması cəmi 30 dəqiqə çəkə bilər.

Bəri başdan deyim ki, tam elektrik olan Lexus RZ modeli öz dizaynı, innovativ texnologiyaları və rahatlığı ilə sizi valeh edəcək.

RZ 350e 20 düyümlük disk təchizatı ilə 508 km məsafəni, RZ 500e modeli isə 456 km məsafəni qət etməyi bacarır.

Lexus RZ Lexuslara xas olan, avtomobillə bir vahdətdə olan radiator barmaqlıqları, energetik və xarizmatik dizayn görünüşü bizi qarşılayır. İki tonlu rəng palitrasının istifadəsi isə avtomobilə ayrı bir gözəllik qatır. Lexus RZ-in aerodinamikası muhəndislər tərəfindən çox diqqətlə işlənib. Aşağı endirilmiş ön panel, arxa bamperin alt hissəsindəki yönləndirici qanadlar küləyin təsirini ideal şəkildə azaldılmasına kömək edir. Bu modelin 10 fərqli eksteryer rəng seçimi var.

Lexusda bir ilk olan yüksək komplektasiyalarda Ultrzamşa materialında lazerlə işlənmiş qrafiq elementlər təqdim edir.  Ümumi olaraq panellərdə istifadə olunan premium materiallar - naxışlar sizə unikal lüks hissi yaradır. Mərkəzdə Sizi 14 düyümlük Lexus Link multimedia monitoru qarşılayır. Oturacaqlarda isidilmə və soyutma funskiyaları movcuduur. Yüksək komplekstasiyalarda rəqamsal arxa görünüş kamerasi, ön proyeksiya displeyi və oturacaq yaddaş paketləridə mövcuddur.

Avtomobil tündləşdirilə bilinənə panoram tavan funksiyasınada sahibdir. Bir düymə ilə şüşə tündləşir və ya şəffaflaşır. Yəni o deməkdir ki, damdakı şüşələr sizi yayda qızmar Günəş şüalarından rahatlıqla qoruyacaq. Bu problemli bir düymə ilə həll edəcəksiniz.

Lexus 64 rəngli ambient salon işıqlandırmasının funksiyasını genişləndirərək, işıq və kölgənin dinamik birləşməsindən ibarət “kölgə effektli” işıqlandırma təqdim edir.

Bu təsiri yaratmaq üçün üç LED işıq mənbəyi istifadə olunur – işıqların üst-üstə düşməsi və tədricən sönməsi sayəsində qapı panelləri üzərində hərəkətli naxışlar canlanır. Bu isə salonda rahatlaşdırıcı və zərif bir atmosfer yaradır.

İnteryerdə səs izolyasası yüksək peşəkarlıqla tənzimlənib ki, bu da uzaq səfərlərdə sürücü və sərnişini yormayacaq. Bu modellerdə də Lexus ciddi təhlükəsizlik tədbirləri görüb. Ara məsafəsini saxlayan avtomatik tormozlama sistemi, zolaqların tanınması və sair amillər olduqca faydalıdır. Yollarda nişanları tanıyan, sürət rejimini və digər vacib xəbərləri sürücünün qarşısındakı idarəetmə panelində əks etdirən sistem nəqliyyat təhlükəsizliyinə bir töhfədir.

Arxa hissədə alt tavanda yerin səs izolyasiyasını təmin edən qat əlavə olunub. Bu sistem vibrasiyaların da qarşısını alır.

Direct4 texnologiya ilə bağlı olduqca vacib məqamlar var. Belə ki, bu texnologiya sayəsində avtomobilin arxa oxuna yerləşdirilimiş e-axle adlı motor avtomatik olaraq gücün oxlar arasında balanslı bölgüsünü təmin edir və avtomobilin duruş vəziyyətini idarə edir. Yəni adi avtomobilində ani sürətlənmədə avtomobilin ön tərəfi yuxarı qalxarkən bu texnologiya sayəsində və gücün oxlar arasında doğru paylanması nəticəsində avtomobilin duruşu yenə sabit olaraq qalacaq. Və ya ani tormozlama sayəsində adi avtomobildə ön tərəf aşağı əyilərkən direct 4-də bu hiss olunmayacaq.

RZ modelində daha bir yenilik sükan idarəetmə sistemi ilə bağlıdır. RZ 550e Steer by Wire texnologiyasi Azərbaycanda hələlik mövcud olmayacaq. Amma bu sistem barədə məlumat verməyi vacib sayıram. Çünki çox maraqlı yenilikdir. Belə ki, Steer-by-wire – sükanın mexaniki bağlantı olmadan, tamamilə elektron siqnallarla idarə edilməsi sistemidir. Yəni, “şturvalsız” sükana sahib bir modeldən söhbət gedir. Məlumat elektron siqnallarla tork aktuatorundan idarəetmə aktuatoruna gedir və siz ön təkərləri idarə edirsiniz.

Ənənəvi avtomobil sükanında tam dönməni siz 2-3 dəfə sükanı döndərməklə edə bilirsinizsə bu texnologiya ilə 200 dərəcə döndərməklə edə biləcəksiniz. Və ən maraqlısı, əlləriniz kəsişmədən. Dördkünc formalı sükan internyerə maraqlı görünüş bəxş edir.

RZ 550e F SPORT, Lexus-un yeni nəsil Interactive Manual Drive texnologiyası ilə təchiz olunan ilk modelidir. Bu innovativ sistem, elektrikli nəqliyyat vasitəsində sürücüyə mexaniki sürət qutusunun hissini yaradır. Texnologiya sürücüyə reproduksiya olunmuş motor səsi, virtual dövriyyə göstəricisi, 8 pilləli virtual sürətlər qutusu təcrübəsini də yaşadır. Bu funksiyanı sadəcə M modunu tiklayaraq aktivləşdirə bilərsiniz.

Test yürüşlərindən məmnun halda geri dönərkən bizi bir sual düşündürdü? Bəs bu maşınlar Azərbaycanda nə vaxt rəsmi satışda olacaq? Cavab bu oldu ki, gələn ildən Lexus RZ 350e və RZ500 modelləri ölkəmizdə rəsmi təqdim olunacaq və satışa çıxarılacaq.

Elməddin Muradlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri