Icma.az
close
up
RU
Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan qadınlarına xas olan ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanım Əliyevanın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır. Xüsusilə qeyd etmək lazımdır ki, bütün mənalı və şərəfli ömrünü tibb elminin inkişafına həsr edən görkəmli alim Zərifə xanım Əliyeva bu sahənin inkişafına qiymətli töhfələr verib. Onun elmə gətirdiyi yeniliklər, ağır xəstəliklərlə effektiv mübarizəsi yalnız oftalmologiya elmi üçün yox, ümumilikdə respublika səhiyyəsi üçün əhəmiyyətli idi. Zərifə xanımın hələ ötən əsrin qırxıncı illərində geniş yayılan traxoma infeksion xəstəliyinə qarşı mübarizənin təşkilində müstəsna xidmətləri olub. O, bilavasitə xəstəliyin daha geniş vüsət aldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, müalicə yollarını izah edir, maarifləndirici tövsiyələr verirdi. Öz peşəsini dərindən sevən, insanların sağlamlığını özünün əsas amalı hesab edən Zərifə xanım traxomanın sosial xəstəlik kimi ləğv olunmasına nail olur. Məhz onun təklif etdiyi müalicə üsulu qısa zamanda bütün respublikada tətbiq edilir, nəticədə ölkəmiz bu xəstəlikdən qurtulur. Böyük mənəviyyat sahibi olan Zərifə xanım həkimlik fəaliyyəti ərzində şəfalı əlləri ilə yüzlərlə cərrahiyyə əməliyyatları həyata keçirib, xəstələrə dəyərli məsləhətlər verib. Onun səmərəli fəaliyyəti təkcə çalışdığı klinika ilə məhdudlaşmırdı. Eləcə də təkmilləşdirmə kurslarının iştirakçıları ilə pedaqoji iş aparır, göz xəstəlikləri ilə mübarizənin yollarını öyrədirdi. Alimin traxoma və qlaukoma xəstəlikləri ilə bağlı apardığı elmi-tədqiqat işləri gənc həkimlər tərəfindən maraqla izlənir, həmçinin klinik göz xəstəliyi sahəsində çalışan həkimlər üçün dəyərli vəsaitə çevrilir. Zərifə xanım Əliyeva hər zaman dərin biliyi, insani keyfiyyətləri, nümunəvi davranışları ilə çalışdığı elmi və tibbi müəssisələrin kollektivləri, elm adamları, ictimaiyyət nümayəndələri arasında böyük nüfuz sahibi olub. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. Bütün bunlar həm keçmiş SSRİ, həm də Azərbaycan tibb elmi üçün qiymətli sərvətlərdir. Heç də təsadüfi deyil ki, Zərifə xanım 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Həm də Zərifə xanım bu mükafatı alan ilk qadın olmuşdur".

Zərifə xanımın, həmçinin səhiyyə sahəsində kadr hazırlığında və həkimlərin təkmilləşdirilməsində böyük zəhməti var. Onun bilavasitə rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir ordusu yetişmişdir ki, bu gün də onlar ölkəmizin tibb sahəsində önəmli fəaliyyət göstərir, minlərlə insanımıza şəfa verir, elmi nailiyyətlərə imza atırlar. Həmin həkimlər hələ də Zərifə xanımın onların üzərində olan əməyindən məmnuniyyətlə bəhs edirlər. Zərifə xanım seçdiyi peşəsini dərindən sevib, gərgin işdən usanmayıb, ürəklə və əzmlə çalışıb. Fədakarlığı, vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi ilə böyük hörmət sahibi olub. Zərifə xanım öz peşəsini sevdiyi kimi, ailəsinə də son dərəcə bağlı olub, ailə dəyərlərini hər zaman uca tutub. Ömür-gün yoldaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə daim dayaq durub, onu böyük məhəbbətlə sevib. O, ailə davranışları, həyat yoldaşına olan böyük hörməti və sevgisi ilə Azərbaycan ailələrinə qiymətli nümunə olub. Görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, qüdrətli dövlətimizin müzəffər rəhbəri cənab İlham Əliyevin anası Zərifə xanım həm övlad, həm həyat yoldaşı, həm də ana adlarını şərəflə daşıyıb, Azərbaycan qadınının adını zirvələrə ucaldıb. Ən əsası, Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Aytəkin Əliyeva,

YAP Göygöl rayon təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see219

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see157

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri