Icma.az
close
up
RU
Tibb Elminin Zərif Zirvəsi Zərifə xanım ŞƏRH

Tibb Elminin Zərif Zirvəsi Zərifə xanım ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan qadınının iftixarı, görkəmli alim və maarifçi Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti bizə öyrədir ki, bilik, əməksevərlik və vətən məhəbbəti insanı ölümsüz edir. Zərifə xanımın həyat yolu, onun elmi fəaliyyəti və mənəvi dəyərləri hər birimiz üçün əvəzsiz bir örnəkdir.

Zərifə Əliyevanın elm tarixində yeri, bu sahədə göstərdiyi fəaliyyət çox işıqlıdır. Həyatını insanların gözünə işıq verməyə həsr edən, işığa, xeyirə, dostluğa və sülhə xidmət edən akademik Zərifə Əliyeva xalqımız üçün çox dəyərlidir. Gözlərə və könüllərə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir.

Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində görkəmli alim, nüfuzlu dövlət xadimi Əziz Əliyevin ailəsində doğulub.

Zərifə xanım təkcə elm sahəsindəki uğurları ilə yox, həm də qadınlarımızın cəmiyyətdəki rolunun gücləndirilməsi istiqamətində göstərdiyi fədakarlıqlar tarixə qızıl hərflərlə yazılıb.

Zərifə xanım oftalmologiya sahəsində böyük yeniliklərə imza atmış, göz xəstəliklərinin diaqnostikası və müalicəsində müasir metodların tətbiqinə öncülük etmiş, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin müəllifidir. Onun elmi əsərləri və tədqiqatları bu gün də həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Zərifə xanımın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmamış, o, həm də minlərlə insana işıq bəxş edən bir şəfa mənbəyi olmuşdur.Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.

Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqa" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

Onların ailəsi Azərbaycanın inkişafında və gələcəyində mühüm rol oynayan birlik və vəhdət nümunəsi idi. Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi, Zərifə xanımın yüksək mənəvi keyfiyyətləri ilə birləşərək Azərbaycanın sabitliyini və inkişafını təmin edən mühüm amillərdən biri olmuşdur. Onlar birlikdə yalnız öz dövrləri üçün deyil, həm də gələcək nəsillər üçün dəyərli bir irs yaratmışlar.

Zərifə Əliyeva sözün əsl mənasında qayğıkeş ana olub. Razılaşaq ki, qayğıkeş ana olmaq hər böyük alim qadına nəsib olmur. Qadın var ki, böyük alimdir, ancaq ailəsinə elə də istiliklə yanaşa bilmir. Ancaq Zərifə xanım elmdə, həkimlik fəaliyyətində nə qədər qayğıkeş, zəhmətkeş idisə, ailəsində də bir o qədər o amala sadiq idi.

Böyük alim, görkəmli ziyalı, akademik, dəyərli ana-qadın Zərifə xanım yaşamaq və yaratmaq, gözünün nuru olan balalarının daha xoş günlərini görmək arzusu ilə həyatını davam etdirirdi. Lakin əcəl həmişə bizdən güclüdür və Tanrının istəkli bəndələrini Allahın dərgahına aparır.

1985-ci il aprel ayının 15-də elmi fəaliyyətinin zirvədə olduğu bir dönəmdə Zərifə xanım Əliyeva dünyadan köçüb. Ulu öndər Heydər Əliyevin sevimli, vəfalı həyat yoldaşı olan Zərifə xanım Əliyevanın itkisi bütün Azərbaycan xalqını yandırdı. Əlbəttə, belə bir şəxsiyyətin itkisi ən çox xalqa, xalqın elminə, maarifinə təsir edir. Zərifə xanım qürbətdə dünyasını dəyişsə də, o, məzara əmanət kimi qoyuldu və nəşi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olundu. Bu, dövlətimizin xalqımız qarşısında xidmətlərindən biri kimi dəyərləndirilir. Qədirbilən Azərbaycan dövləti qürbətdə canını Tanrıya tapşıran şəxsiyyətlərin nəşinin Vətənə gətirilməsi sahəsində xeyli iş görüb.

Hamımıza məlumdur ki, Zərifə xanımın Fəxri Xiyabandakı məzarı üstündə tuncdan heykəli ucaldılıb. Bakıda Göz Xəstəlikləri İnstitutu, Naxçıvan Şəhər Poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Azərbaycanda adına lisey və məktəb fəaliyyət göstərir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həmin irsi davam etdirərək, tarixi zəfərlərə imza atır. Xüsusilə, 44 günlük Vətən müharibəsində İlham Əliyevin qətiyyətli liderliyi və strateji baxışı nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etmiş, tarixi ədaləti bərpa etmişdir. Bu zəfər, yalnız hərbi gücün deyil, həm də milli birliyin və liderliyin təntənəsi idi. İlham Əliyev, Ulu Öndərin siyasi irsini davam etdirərək, Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırmağa nail olmuşdur.

Birinci Vitse-prezident Mehriban xanım Əliyeva isə öz humanist fəaliyyəti ilə Azərbaycanın inkişafına əvəzsiz töhfələr vermişdir. Onun təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirdiyi layihələr, xüsusilə də Qarabağın bərpası istiqamətindəki təşəbbüsləri, Zərifə xanımın humanist idealları ilə ruhən bağlıdır. Mehriban xanımın Birinci Vitse-prezident kimi fəaliyyəti, Azərbaycan qadınının cəmiyyətdəki rolunu daha da yüksəltmiş və onun potensialını tam əks etdirmişdir.

Zərifə xanımın irsi, Heydər Əliyevin idealları, İlham Əliyevin uğurlu siyasəti və Mehriban xanımın humanist yanaşması Azərbaycanımızın gələcəyi üçün daim işıqlı yol olacaqdır.

Tutu Kamal qızı

YAP Zəngilan rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see312

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see307

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see264

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see222

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see220

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see215

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see215

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see215

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see211

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see211

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see208

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see197

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see188

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see188

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see179

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see176

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see175

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri