Icma.az
close
up
RU
“Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans” keçirilib

“Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans” keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

TƏBİB-in təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyasında “Qlobal cərrahiyyə 2030” konsepsiyası çərçivəsində “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans keçirilib.

Konfransda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşavirləri Vüqar Yaqublu və Emil Qasımov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov, TƏBİB-in struktur bölmə rəhbərləri, müxtəlif tibbi ərazi bölmələrinə daxil olan tibb müəssisələrinin rəhbər əməkdaşları, cərrah və anestezioloqları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qlobal sağlamlığın ayrılmaz tərkib hissəsi olan cərrahiyyənin cari vəziyyəti, vacibliyi, dayanıqlığı və sosial aspektlərinə toxunub.

V.Qurbanov qeyd edib ki, son onilliklərdə dünya səhiyyə sistemində böyük irəliləyişlər əldə olunsa da, bu nailiyyətlər ədalətli bölüşdürülməyib: “Dünyada hələ də 5 milyarddan çox insan ehtiyac yarandıqda təhlükəsiz, əlçatan cərrahiyyə və anesteziyaya çıxışdan məhrumdur. Belə ki, hər il 33 milyon insan cərrahi xidmətlər ucbatından böyük xərclərlə üzləşir. Vaxtında müalicə oluna bilən appendisit, yırtıq, sınıq, ağır doğuşlar, anadangəlmə qüsurlar, süd vəzi və uşaqlıq boynu xərçəngi kimi hallarda gecikmə həyati riskləri artırır. Bu reallıq bizə göstərir ki, cərrahiyyə sadəcə klinik xidmət deyil, həm də ictimai sağlamlıq məsələsidir”.

İcraçı direktor bildirib ki, icbari tibbi sığortanın yenilənən Xidmətlər Zərfinə əlavə edilən 775 xidmətdən 469-u cərrahi əməliyyatlardır. Eyni zamanda, bu cərrahi əməliyyatlara həyati, vacib, əlillik və ya ölüm riski yüksək olan xəstəliklərlə bağlı əməliyyatlar daxildir. Bu gün ölkəmizdə dövlət tibb müəssisələrində də yüksək keyfiyyətli və təhlükəsiz şəkildə orqan transplantasiyası icra olunur. “Bizim hədəfimiz 2030-cu ilə qədər ölkəmizin hər bir regionunda cərrahi və anestezioloji xidmətləri inkişaf erdirmək, ən mürəkkəb cərrahi əməliyyatları region əhalisi üçün əlçatan etməkdir” – deyə, o əlavə edib.

Daha sonra Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək, rayon səhiyyəsinin inkişafı istiqamətində görülən işləri, yenilikləri yüksək qiymətləndirib və layihənin region üçün vacibliyindən danışıb.

TƏBİB-in İcraçı direktorunun müşaviri Vüqar Yaqublu “TƏBİB-in zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə yol xəritəsi – cərrahi hədəflər” mövzusunda çıxış edərək, konfrans iştirakçılarına yol xəritəsinin əhəmiyyəti, məqsəd və vəzifələri barədə geniş məlumat verib. “Zəruri, təhlükəsiz, əlçatan cərrahi və anesteziya xidmətinin qiymətləndirilməsi üçün əsas indikatorların müəyyən edilməsi və bu indikatorlar üzrə real hədəflərə çatmaq gələcək illər üzrə prioritetlərimizi təyin edir” – deyə, V.Yaqublu qeyd edib.

TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Qasımov “TƏBİB-in zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə yol xəritəsi – anestezioloji hədəflər” mövzusunda çıxış edərək, yol xəritəsinin anestezioloji aspektdən əhəmiyyətini vurğulayıb. “Qlobal cərrahiyyə 2030” beynəlxalq konsepsiyası üzrə nəzərdə tutulan zəruri cərrahi və anestezioloji proseduraların siyahısının ölkəmizdə də beynəlxalq standartlara çatdırılması əhalinin tibbi xidmətlərə əlçatanlığı istiqamətində əhəmiyyətli rol oynayacaq” – deyə, o bildirib.

Daha sonra Yeni Klinikanın direktor müavini Eldar Əhmədov “Region xəstəxanalarında cərrahi ağırlaşmaların müalicəsi və profilaktikasının təşkili: tibb müəssisələri ilə koordinasiya və əməkdaşlıq” mövzusunda çıxış edib. Qeyd edib ki, müxtəlif regionlarda yerləşən tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığı, təcrübə mübadiləsi və düzgün koordinasiyası pasiyentlərdə yarana biləcək cərrahi ağırlaşmaların faizini aşağı endirəcək.

Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov çıxışında təhlükəsiz cərrahiyyədə beynəlxalq təcrübənin əhəmiyyətindən bəhs edib. “Təhlükəsiz cərrahiyyədə resursların düzgün istifadə olunması, mütəmadi monitorinq və hüquqi normativ sənədlərin hazırlanması mühüm əhəmiyyət daşıyır”, – deyə R.Qasımov vurğulayıb.

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov minimal invaziv cərrahiyyənin müasir metodlarından və əhəmiyyətindən danışıb. “Minimal invaziv cərrahiyyənin metodları əməliyyat travmasını azaldır, xəstələrin xəstəxanada qalma müddətini qısaldır və sağalma prosesini sürətləndirir. Regionlarda bu texnologiyaların tətbiqi yüksək ixtisaslı kadrların yetişdirilməsinə, müasir avadanlıqlarla təchizata və ixtisaslaşmış cərrahi mərkəzlərin inkişafına təkan verir”, – deyə Q.Müslümov əlavə edib.

Mərkəzi Klinikanın Cərrahiyyə Mərkəzinin rəhbəri Zaur Xəlilov çıxışında bildirib ki, təcili cərrahiyyədə “Xəsər kontrolu” (Damage Control Surgery) xəstənin həyati vacib funksiyalarını qorumaq məqsədilə həyata keçirilən minimal, lakin həyati əhəmiyyətli cərrahi müdaxilə prinsipidir və diqqətdə saxlanmalı əsas məqamlardandır.

Mərkəzi Neftçilər Xəstəxanasının Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Elmir Əsgərov bildirib ki, mentor həkim konsepsiyasının gücləndirilməsi mütəxəssis çatışmazlığının qısamüddətli həll yollarından biridir.

Konfransın sonunda Zəruri Cərrahiyyə və Anesteziya Xidmətlərinin Təşkili üzrə Elmi-Praktik Məsləhət Şurasının yaradılmasına qərar verilib.

Şuranın ildə bir dəfə tam tərkibdə “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə” növbəti konfransda toplanması planlaşdırılır.

Sonda konfrans iştirakçıları Qazax Müəllimlər Seminariyasının tarixi binası ilə tanış olublar.

Qeyd edək ki, konfransların ildə bir dəfə olmaqla regionlarda keçirilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri