Icma.az
close
up
RU
Zeus məbədi, yoxsa Yuşa təpəsi? Türkan Turan yazır

Zeus məbədi, yoxsa Yuşa təpəsi? Türkan Turan yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkan TURAN

Sivilizasiyaların ortaq məbədi

Şərqlə Qərbin eyni qazanda qaynadığı nöqtə olan İstanbul həm də mistik mirası ilə cazibə mərkəzinə çevrilən xüsusi şəhərlərdən biridir. Kilsələri, məscidləri, sinaqoqları, türbələri, tapınaqları, ayazmaları, hətta dilək ağacları bu cazibənin mərkəzidir. Bu yerlərdə istəklərin həyata keçməyi şərt deyil, gələcək qayğısını, yükünü, şübhələrini xəfiflədəcək ümid yeri olmağı da yetərlidir. İnsanlar həmişə iynə ucu boyda da olsa ümidə möhtacdılar. Yaşar Kamal demiş, "umutsuz olanın atı koşmaz". Yeri gələndə, bizlər ümidsizlikdən ümid yaradan varlıqlarıq. Yoxsa, həyatın natarazlığında tarazlanmağımız mümkünsüzləşər. Fərqli mədəniyyət və dindən hər gün yüzlərlə ziyarətçi axınına məruz qalan həmin mistik məkanlarda dilənən diləklər demək olar ki, eyni sıra ilə gəlir: sevgi, iş, şəfa, uşaq, ev. Hətta keçmiş saylarımızdan birində "Ayın Biri" adlı kilsədən bəhs etmişdik. Orada üzərində ev, uşaq, bəy-gəlin, şəfa simvolu daşıyan dəmir parçalarından yazmışdıq. İnsanların həmin parçaları almaq üçün bir-birini necə itələdiyini görsəniz, heyrət içində qalarsınız. Hər dəfə "artıq məni nəsə çaşdıra bilməz" deyib, yola çıxıram və öncəkindən daha böyük bir təəccüblə qarşılaşıram.

Əfsanələr, rəvayətlər

Bu səfərki ünvanım Beykozun Çamlıca təpəsində yerləşən Yuşa məzarıdır. El dilində bura Yuşa təpəsi deyilir. Öncəliklə qeyd edim ki, təpə İstanbulun balta girməmiş, beton tökülməmiş, traktor şumlamamış, kran yeriməmiş ərazisində, nəhəng ağaclarla əhatələnmiş, yaşıllığın içində yerləşir. Hələ budaqlardan sallanan meyvələrdən danışmıram. Ətrafda gül gülü, bülbül bülbülü çağırır. Bir az irəli gedirsən, dənizin qarşısında xalı kimi sərildiyini görüb ovsunlanırsan. Öz-özünə düşünürsən ki, bəlkə tilsimli hesab edilən bu yerin bütün sirri elə bu zəngin təbiətdə gizlidir. Amma sən belə fikirləşirsən, başqaları "müqəddəsdir, vəssalam" deyir. Niyə, nə üçün, nə səbəbə olduğunu sorğulayana rast gəlməmişəm. Təpə ilə bağlı müxtəlif əfsanələr var. Həmin əfsanələrdən biri Antik Çağda küləklərin və göylərin tanrısı sayılan Zeus ilə bağlıdır. Deyilənə görə, gəmiçilər bu tapınağa onlara uyğun sürətdə külək diləmək üçün gəlirmişlər. Başqa bir Paqan əfsanəsinə görə, dənizlərin tanrısı Poseydun və su pərisi Melinin nəhəng oğulları Amikos, Boğazın iki yaxasının birləşdiyi ərazidə yaşayan Bebriklərin kralı imiş. Ancaq bir gün Boğaz, bebriklər və gəmilərlə səfərdən dönən arqonatların savaşına səhnə olur, kral ölür. Yuşa təpəsindəki məzarın həmin nəhəng boya sahib Amikosa aid olduğu deyilir. Bambaşqa bir əfsanəyə görə isə, bundan üç min il əvvəl nəhənglərin yaşadığı və Div dağı olaraq tanınan bu təpədə Həzrəti Yuşa düşmənlərlə başladığı savaşda şəhid olur və burada basdırılır.

Musa Peyğəmbərin əmanəti

Bəlkə də, Yuşa həm müsəlmanların, həm yəhudilərin, həm də xristianların tək-tük ortaq dəyərlərindən biridir. Hər üç din onu peyğəmbər kimi qəbul edir. Müsəlmanlar, Quran-i Kərimdəki Kəhf surəsinin 60-65-ci ayələrini əsas tutaraq, iki təpənin birləşdiyi nöqtədə Musa peyğəmbərin görüşdüyü adamın Xızır Peyğəmbər olduğunu, yanlarındakı gəncin isə Yuşa Peyğəmbər olduğuna inanırlar. Müsəvilərə isə Musa peyğəmbərin bacısı oğlu olduğunu deyirlər və Yuşanın Musanın ardından İsrailoğullarının peyğəmbəri kimi vəzifələndirildiyini iddia edirlər. Yəhudilərin dili ilə desək, onlara görə əsl adı Yeşudur.

Yəhya Əfəndinin yuxusu

Ötən saylarımızda Sultan Süleymanın süd qardaşı olan Yahya əfəndinin Yuşanın məzarını tapdığını və növbəti saylarımızda bundan bəhs edəcəyimizi yazmışdıq. Belə ki, Yəhya Əfəndi üç gün hər gecə yuxusunda Həzrəti Yuşanı görür: "Beykozdayam, gəl, mən Yuşa peyğəmbərəm və bu təpədə yatıram. Gəl, yerimi tap və məni ziyarət et" deyirdi.

Ertəsi gecə eyni yuxunu yenə görür. Maraqlanır və məlum olur ki, İsrailoğullarından olan Yuşa Musa Peyğəmbərin bacısı oğlu və sağ əlidir, özü də Fələstində ölüb. Eyni yuxunu üçüncü dəfə görəndə dərvişlərlə birlikdə yuxuda gördüyü təpəyə yollanır. Ərazidə çobanın qoyunları otardığını görürlər. Ona buralarda qəribəlik görüb-görmədiyini soruşurlar. Çoban ərazidə on il qoyun otardığını deyir və bir parça yer var ki, oraya qoyunların ayaq basmadıqlarını əlavə edir. Beləliklə, o gün Həzrəti Yuşanın qəbri Yəhya Əfəndi tərəfindən kəşf edilir. Bu vəziyyəti Sultan Süleymana nəql edir. O da həmin təpədə Həzrəti Yuşa Türbəsi və məscidi inşa etdirir. Məzarın uzunluğunun 17 metr olmağının səbəbi isə qoyunların ayaq basmadığı yer olduğuna görədir. Bəziləri isə korkoranə şəkildə gəlib dua edirlər, elə bilirlər ki, Yuşanın boyu 17 metr olub.

Yuşa Təpəsi Osmanlı dönəmindən izdihamlı yerdir. Hətta kütləvi şəkildə ziyarətləri müqəddəs hesab etdikləri cümə gününə salırmışlar. Beykoz sahilləri həmin günlər bazar qayıqları ilə dolurmuş. Gələn camaat qayıqdan enib öküz arabalarına minərək təpəyə doğru axın edirmişlər. Çünki həmin vaxtlar əraziyə çıxan düz yol yox imiş. Getdikcə insanların ardı-arası kəsilməyəcək vəziyyətə çatır, belə ki, az qalırlar bir-birini tapdayıb üstlərindən keçsinlər. Axırda, Padşah III Səlim izdihamdan qaynaqlanan naxoş hadisələri aradan qaldırmaq üçün burada mövlud oxudulmasını qəti qadağan edir.

Nə umurdum, nə buldum

Mən təpəyə bazar günlərindən birində getdim. Gördüyüm mənzərə qarşısında donub qaldım. Əvvəlcə minlərlə insanın türbə ziyarəti üçün gəldiyinə inanmaq istəmədim. Daha doğrusu, bu qədər olacağını gözləmirdim. Təpədən ana yola hardasa 600-700 metr məsafə var. İlk anda özümü maşın bazarında hiss ettim. Çünki ərazidə yüzlərlə maşın vardı. O dərəcədə ki, maşından düşüb həmin məsafəni piyada getmək məcburiyyətində qaldım. Bir az da irəliləyəndə baxdım ki, səyyar satıcılar ərazidə bazar açıblar. Sözün həqiqi mənasında bazardan bəhs edirəm. İlahi, bir çiyələklər satırlar, qoxusu uzaqdan vurur adamı. Açığı, uzun müddətdir həqiqi çiyələk qoxusu hiss etməmişdim. Geni modifikasiya olunmuş məhsullar hər yanı elə bürüyüb, həqiqi dadlara, ləzzətlərə möhtac qalmışıq. Yeni dünyanın ən böyük zəhəri elə budur də. Nəysə, gələk bazara; burada uzunluğu yarım metr olan çörəklər bişirib satırlar. Açığı, belə çörək ilk dəfə görürdüm. Amma bunu müştərinin istəyinə uyğun ölçüdə kəsib satırlar. Istəyən bütöv də ala bilər. Turşular, növbənöv alçalar, əriklər, gavalılar, pendir çeşidləri, qatıqlar var, bir sözlə, özünü Gədəbəyin Saratovka bazarında hiss edirsən. Aksesuar yerləri olduğunu deməyimə də yəqin ki, gərək yoxdur. Bilirsiniz, belə yerlərin vazkeçilməzi aksesuar piştaxtalarıdır. Hər aksesuarın üstünə bir dini simvol taxır, birin də üstünə beşini qoyub satırlar. Ən çox tələb görən halva, lokum və konfetlərdir. Diləyi gerçəkləşənlər bu məhsullardan alıb türbənin bağında gələnə-gedənə paylayırlar. İnsanlar burada mümkünsüzün mümkün olduğunu deyirlər. Divarlardakı yazılardan da belə başa düşürük ki, Yuşa İordan çayını ayaqları islanmadan keçib, baxışları ilə Eriha divarlarını yıxıb. İndi gələk əsas məsələyə: doğrudur, Həzrəti Yuşanın bu təpədə yatdığına inanılır, açığı, buna dair dəqiq məlumat yoxdur. Ancaq gəl, bu faktı ziyarətçilərdən birinə söylə, gör, ordan salamat çıxırsan, ya yox. Əlbəttə, hər insanın öz həqiqəti var. Biri gedib bir quş lələyi tapıb gətirib ona sitayiş edə bilər, bizə onun inancına sayğı duymaq düşər. Amma məsələ budur ki, türbəni ziyarət edənlər diləklərinin gerçək olduğuna və olacağına birmənalı şəkildə güvənir, inanır, hətta yaşayırlar.

Min illər əvvəlin sirri

Ancaq başqa bir həqiqət də var; təpə, bundan min illər əvvəl də şəhərdə yaşayanlar tərəfindən müqəddəs qəbul edilirmiş. Tarixin bir çox səhifəsində, buranın Zeus məbədi olduğu yazılır. Çünki Yuşadan əvvəl fərqli sivilizasiyalardan olan insanlar əraziyə öz inanclarına uyğun məbəd və tapınaqlar inşa ediblər. Antik Yunanlar təpəni Zeus tapınağı olaraq istifadə ediblər. Bizans dönəmində isə bu məbəd Haqios Mikayıl adlı kilsəyə çevrilir. Günümüzdə isə eyni yerdə Həzrəti Yuşa Məscidi var. Bundan əvvəlki məbədlərin 1509-cu ildə böyük İstanbul zəlzələsində dağılıb. Bəhsi keçən məscid bu təpəyə  1755-ci ildə Sadrazam Çələbizadə Mehmet Paşa tərəfindən inşa etdirilib. Sonra yanan ibadətgah, Sultan Abduləziz zamanında yenidən yenilənir. Təbii ki, orijinal görüntüsü qorunmaq şərti ilə...

Plasebo effekti, yoxsa?..

Açığı, araşdıranda da təpənin  xüsusi gücü, tilsimi, mistikası olduğunu görürsən. Ancaq bu Antik Yunanlardan, Bizanslılardan, yoxsa Osmanlılardandırmı, onu deyə bilmirəm. Amma məntiq Zeusdan yanadır. Çünki Osmanlıların İstanbulu aldıqdan sonra xeyli kilsəni məscidə çevirdikləri bariz həqiqətdir.

Məsələn, ziyarətə gələnlər arasında yaşlı bir qadın vardı, illər əvvəl övladı olmadığı  üçün bura gəlib, dilək dilədiyini və diləyinin gerçəkləşdiyini deyir. İndi də əlində çəliyi nəticəsinin uşağı olmadığı üçün onu bura gətirib. Məndən olsa, plasebo effekti yaşadıqlarını deyərəm. Amma reallığı da gözardı edib, minlərlə insana cahil damğası vurmağı da etik hesab etmirəm. Kim nəyə inanır, nəylə ümidlənir, nəyə sitayiş edir, nə ilə hüzur tapırsa, bizim borcumuz ona sayğı duymaq, ehtiram göstərməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see181

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see165

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see153

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see139

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see134

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see130

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see128

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see123

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see123

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see122

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see122

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see121

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see121

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see120

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see119

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see117

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see116

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri