Icma.az
close
up
RU
Zeynal Əmrəliyev: ABŞ Yaponiyanın hərbi addımlarına ehtiyatla yanaşır

Zeynal Əmrəliyev: ABŞ Yaponiyanın hərbi addımlarına ehtiyatla yanaşır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaponiyanın müdafiə naziri Şinyiro Koizumi ölkənin dəyişən təhlükəsizlik şəraiti fonunda nüvə silahları ilə bağlı müzakirələrin qaçılmaz olduğunu bildirib. O, Avropada nüvə çəkindirmə siyasətinin gücləndiyini vurğulayaraq, Tokionun da təhlükəsizlik strategiyasını yenidən qiymətləndirməsinin vacibliyini qeyd edib. Bununla belə, Yaponiya hələ də nüvə silahı istehsal etməmək, saxlamamaq və ölkəyə yerləşdirilməsinə icazə verməmək prinsiplərini rəsmi siyasət kimi qoruyur.Şimali Koreya və Çin kimi regional təhlükəsizlik risklərinin artdığı bir dövrdə Yaponiya onilliklərdir sadiq qaldığı nüvəsiz siyasəti dəyişməlidirmi, yoxsa bu addım Asiyada yeni silahlanma yarışını daha da sürətləndirə bilər.

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yaponiyanın nüvə silahı ilə bağlı məsələlərə bu dərəcədə fəallıq göstərməsinin əsas səbəbi son zamanlar artan Çin təhlükəsidir. Onun sözlərinə görə, Çin Yaponiya sahilləri yaxınlığında Şimali Koreya ilə birlikdə hərbi təlimlərə başlayıb və bu da istər-istəməz Yaponiyada narahatlığa səbəb olub. Buna görə də Yaponiya hökuməti öz təhlükəsizliyi ilə bağlı tədbirləri daha da gücləndirib.

“Eyni zamanda, Yaponiya NATO-nun Şərqi Asiyadakı kiçik variantının yaradılması təşəbbüsü ilə də çıxış edirdi. Lakin ABŞ buna, təbii ki, mane oldu. Yaponiya hökuməti bildirirdi ki, NATO-nun Şərqi Asiyadakı analoqu tezliklə yaradılmalı və ölkənin təhlükəsizliyi bu qurum vasitəsilə təmin edilməlidir”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, paralel olaraq Şimali Koreya ilə bağlı da ciddi narahatlıqlar mövcuddur. Onun sözlərinə görə, Şimali Koreya artıq təkcə Cənubi Koreyanın deyil, eyni zamanda Yaponiyanın da təhlükəsizliyini ciddi şəkildə təhdid etməyə başlayıb. Bu da, əlbəttə ki, narazılıqlara səbəb olur.

“Nüvə məsələsi ilə bağlı gündəmə gətirilən dəyişikliklər də məhz buna fokuslanıb. Yəni bu, bir növ artan Çin və Şimali Koreya təhlükəsinə qarşı atılan addımdır. Ancaq ABŞ-ın buna necə reaksiya verəcəyi əsas aktual məsələ olaraq qalır. Çünki ABŞ ümumilikdə Yaponiyanın öz təhlükəsizliyi ilə bağlı gördüyü ciddi tədbirlərə ehtiyatla yanaşır. Yaponiyada daxili siyasi vəziyyətin tez-tez gərginləşməsinin səbəblərindən biri də Vaşinqtonun bu məsələlərlə bağlı narahatlığıdır. Yəni ABŞ Yaponiyanın bu cür davranışlarına o qədər də isti baxmır və böyük ehtimalla tərəflər arasında bu məsələ ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur”, – deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyul 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri