Icma.az
close
up
RU
Статья не опубликована
Zeynal Əmrəliyev: Azərbaycan belə bir sülhə razı ola bilməz

Zeynal Əmrəliyev: Azərbaycan belə bir sülhə razı ola bilməz

Icma.az bildirir, Aznews.az portalına istinadən.

“Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Konstitusiyası və Müstəqillik Bəyannaməsindəki preambulanın dəyişməsinə ehtiyac olmadığını bilirib. Baş nazir Azərbaycanla sülh danışıqlarında iki məqamın razılaşdırılmadığını, bunlardan birinin Konstitusiyasının dəyişdirilməsi olduğunu deyib. Lakin Paşinyan Bakının tələbinə cavab olaraq sözügedən sənədlərdə heç bir ərazi iddiasının olmadığını qeyd edib. Onun bəyanatı ermənilərin gələcək müharibəyə hazırlığı kimi dəyərləndirilib. Çünki ölkənin Konstitusiyasının əsaslandığı Müstəqillik Bəyannaməsində Qarabağa iddialar yer alır. Bu, ermənilərin gələcəkdə revanşist məqsədlərlə Azərbaycana qarşı hücum üçün “hüquqi” əsası qorumağa çalışması kimi başa düşülür”.

“Ermənistanın Konstitusiyasında və xüsusilə preambula hissəsində olan bu müddəalar, yəni Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları, Azərbaycan- Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eyni zamanda Ermənistan və Türkiyə sərhədlərinin açılması üçün çox böyük əngəl, əsas problemlərdən biridir. Dəfələrlə Azərbaycan tərəfi haqlı olaraq bu məsələni qaldırıb ki, Ermənistan Konstitusiyasında olan həmin preambula hissəsi dəyişdirilməlidir. Yəni bu, ümumilikdə Konstitusiyadan çıxarılmalıdır. Çünki bu, gələcəkdə hüquqi prosedur yaradacaq ki, Ermənistanda revanşizm cəhdləri meydana gəlsin”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, bu Azərbaycan tərəfdən qəbuledilməzdir.

“Azərbaycan haqlı olaraq buna dəfələrlə öz iradını bildirib. Buna baxmayaraq, Ermənistan tərəfi bu məsələlərdə israr edir və açıq şəkildə bildirirlər ki, Ermənistan Konstitusiya Məhkəməsi də bu barədə qərar qəbul edib ki, xüsusilə konstitusiyanın preambula hissəsi dəyişdirilə bilməz. Paşinyan hökumətinə qarşı da müxtəlif səviyyəli istər erməni kilsəsi, istər erməni diasporu, istər erməni müxalifəti hətta hakim “Vətəndaş Müqaviləsi” partiyasının içindən də təzyiqlər var ki, Konstitusiyanı dəyişdirməsin. Çünki bütün bunlar gələcəkdə revanş üçün bir hüquqi məsələdir. Azərbaycan belə bir sülhə razı ola bilməz. Konstitusiyada həmin müddəalar aradan götürülməsə, bu, tamamilə prosesin yarımçıq başa çatmasına səbəb olacaq amildir. Azərbaycan bu prosesə necə razı olsun ki, burada Azərbaycana və qardaş Türkiyəyə qarşı ciddi ərazi iddiaları var. Bütün bunların fonunda da Ermənistanın bu məsələdə israr etməsi və məsələni tamamilə başqa formatlara çəkməyə çalışması iki ölkə arasındakı sülh müqaviləsinin imzalanmasına əngəl törədən əsas faktorlardan biridir. Çox təəssüflər olsun ki, burada təkcə daxili amilləri yox, həm də xarici amilləri nəzərə almalıyıq. Xarici ölkələrdən də Ermənistanı bu məsələlərdə qıcıqlandıran, həvəsləndirən dövlətlər var. Məsələn, Fransa, Amerika Birləşmiş Ştatları bu kimi ölkələr məhz Ermənistanı bu kimi məsələlərdən çəkindirərək çalışırlar ki, regionda sülh və sabitlik yaranmasın”.

Rəfiqə NAMAZƏLİYEVA

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 17 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri