Icma.az
close
up
RU
Статья не опубликована
Bu Bakı tərəfindən qəbul edilən yanaşma deyil Zeynal Əmrəliyev

Bu Bakı tərəfindən qəbul edilən yanaşma deyil Zeynal Əmrəliyev

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb, amma bu, hələ sülh müqaviləsinin imzalanması anlamına gəlmir. Bir sıra mübahisəli məsələlər mövcuddur ki, yalnız onlar öz həllini tapdıqdan sonra sülh müqaviləsi imzalana bilər. Azərbaycan tərəfi kosmetik sülhdə maraqlı deyil; daimi sülhün əldə olunması üçün çalışır. Bu, həm də Azərbaycan cəmiyyətində dövlətin mövqeyini əks etdirir. Dövlət, iki ölkə arasında daimi sülhün əldə olunması üçün bütün imkanlardan istifadə edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə danışıqlar başa çatıb. İrəvan hökuməti, Bakı ilə sazişin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib. Lakin, Ermənistanın konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəalar mövcud olduğuna görə, İrəvanın yenidən qeyri-konstruktiv mövqeyə qayıtması ehtimalı vardır.

Siyasi şərhçi qeyd edib ki, hazırda İrəvanın təklif etdiyi sülh məsələsi daimi sülhü nəzərdə tutur.

“Paşinyan hökumətinin bu məsələdə əsasən üç niyyəti vardır. Birincisi, sülh müqaviləsi imzalayaraq Azərbaycan və Ermənistan arasında kommunikasiya xətlərini açmaq, ikincisi, Qərbə inteqrasiya prosesində Ermənistanın mövqeyini gücləndirmək və Paşinyan hakimiyyətini möhkəmləndirmək istəyidir. Məlum olduğu kimi, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. 2025-ci ilin sonlarına doğru Ermənistanda bu barədə müzakirələr başlanacaq. Bu seçkilər parlament tipli respublika quruluşunun sonuncu seçkisi olacaq. Paşinyan hökumətinin prezident tipli respublikaya qayıtması barədə fikirlər səslənir ki, bu, onun dövlət aparatı və ordu üzərində nəzarətini gücləndirə bilər. Bütün bu məsələlər kifayət qədər mübahisəli və düşünülmüşdür. Lakin Ermənistan Konstitusiyasında olan maddələr və Konstitusiyanın preambula hissəsində qeyd olunan məsələlər gələcəkdə Azərbaycana qarşı hərəkətə keçmək üçün birbaşa hüquqi baza yaradır. Azərbaycan bu cür sülhün qəbul edilməyəcəyini vurğulayır, çünki bu, qalıcı sülh deyil və Ermənistan tərəfi bu məsələnin həllini təxirə salmaq istəyir. Bu, qəbul edilməzdir və ilk növbədə həll edilməlidir. Yalnız bundan sonra Azərbaycan və Ermənistan arasında sülhdən danışmaq olar. Təəssüflər olsun ki, rəsmi İrəvan bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirir və sülh müqaviləsinin imzalanmasını Konstitusiyada dəyişikliklər edilmədən və kommunikasiya xətlərinin açılmasına razılıq verilmədən istəyir. Bu isə rəsmi Bakı tərəfindən qəbul edilən bir yanaşma deyil”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Mart 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri