Zeytun apteklərinə protokol tərtib edildi
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan "Zeytun Pharmaceuticals" MMC haqqında inzibati xəta protokolu tərtib edib.
Bu barədə "Unikal"a Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>

“Zeytun" aptek ilə bağlı protokol tərtib edildi dərmanları baha qiymətə satıb
04 Aprel 2025 18:07
Azneft barəsində protokol tərtib edildi
16 Noyabr 2024 08:06
Azərşəkər barəsində protokol tərtib edildi
07 Noyabr 2024 17:07
Şirkət rəhbəri barəsində protokol tərtib edildi
18 Noyabr 2024 11:35
Supersement barəsində inzibati protokol tərtib edildi
14 Noyabr 2024 08:18

