Zeytun möcüzəsi: Kiçik meyvədən böyük faydalar
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zeytun sağlam yağlar, antioksidant maddələr və E vitamini ilə zəngin tərkibi sayəsində bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
Turkustan.az bildirir ki, araşdırmalara əsasən, zeytun ürək-damar sağlamlığını qoruyur, xərçəng riskini azaldır və tip 2 şəkərli diabetə qarşı qoruyucu təsir göstərir.
Zeytundakı əsas yağ turşusu olan olein turşusu (oleik asid), pis xolesterolu azaldaraq qan təzyiqini tənzimləyir. Eyni zamanda zeytundakı antioksidantlar – oleuropein, hidroksitirosol və kversetin – hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur.
Zeytun həmçinin sümük əriməsi (osteoporoz), Alzheimer və iltihabi xəstəliklərin qarşısının alınmasında da faydalı hesab olunur. Kalorisi az, lif və faydalı yağlarla zəngin olduğu üçün zeytun arıqlamaq istəyənlər üçün də uyğundur.
Qeyd edək ki, duzlu suda saxlanılan zeytunlar təzyiq və şəkər xəstələri üçün diqqətlə istehlak edilməlidir. /Pravda.az//
Baxış sayı:90
Bu xəbər 18 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















