Zibər Zalova “İş Xanımı” mükafatına layiq görüldü FOTO
Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rich Events Group” tərəfindən təşkil olunan “Miss Mister Of Azerbaijan 2025” yarışmasının finalında “Rich Person Awards 2025” mükafatı sahiblərinə təqdim edilib.
Doğru.az xəbər verir ki, mükafatlandırma gecəsində fərqlənən, yadda qalan və peşəkar şəxslər, eləcə də şirkətlər təltif olunub. Mental arifmetika və oxu təlimi üzrə mütəxəssis Zibər Zalova “Rich Events Group” şirkətinin təşkilatçılığı ilə keçirilən “Rich Person Awards 2025” layihəsində “İş Xanımı” nominantına layiq görülüb.
Bundan əlavə, o, “Miss Mister Of Azerbaijan 2025” yarışmasının final mərhələsində münsif qismində iştirakına və göstərdiyi dəstəyə görə də xüsusi diplomla təltif edilib.
Zibər Zalovanın rəhbərlik etdiyi “ZZ Mental Academy” tədris mərkəzi mental arifmetika və oxu təlimi üzrə fəaliyyət göstərir. Mərkəzdə kalkulyatorsuz sürətli hesablamalar, yaddaşın və diqqətin inkişafı, məntiq bacarıqlarının gücləndirilməsi, özünə inamın artırılması və oxu texnikasının təkmilləşdirilməsi istiqamətində tədris aparılır.
Peşəkar fəaliyyəti ilə seçilən Zibər Zalova müxtəlif dövrlərdə yerli və beynəlxalq sertifikatlarla, fəxri diplomlarla təltif olunub. O, həmçinin “KHAZINA International Awards 2025” və “Selected People Awards 2025” layihələrində də müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 30 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















