Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Azərbaycanlı iş xanımı Qarabağda zavod aldı MÜSAHİBƏ

Azərbaycanlı iş xanımı Qarabağda zavod aldı MÜSAHİBƏ

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova “Qarabağ Oil” zavodunu alıb və yaxın zamanlarda bu tarixi müəssisədə günəbaxan yağının istehsalı və ixracı həyata keçiriləcək. Eyni zamanda Körfəz ölkələrindən Qarabağa investor cəlbi layihələri üzərində çalışan BPC sədri ilə bu və ya digər mövzular ətrafında söhbətləşdik. 
Demokrat.az
müsühibəni təqdim edir:

-Gülpəri xanım, “Qarabağ Oil” zavodunu almaq qərarı necə formalaşdı və əsas fəaliyyət istiqamətləriniz nədən ibarət olacaq?
-İlk növbədə onu qeyd edim ki, biznes fəaliyyətinə “Agromix” şirkətindən başlamışam və qısa müddət ərzində aqrar sektorda fərqlənməyə nail olmuşuq. “Agromix” gərgin rəqabətə rəğmən bazarda öz yerini tutub və bu gün paytaxtın aparıcı marketlər şəbəkələrini gündəlik meyvə-tərəvəz məhsulları təhciz edir. Yəni, aqrar sektorda kifayət qədər təcrübəmiz var və bazarın işləmə mexanizmlərindən xəbərdarıq. İstehsal müəssisəsi yaratmaq çoxdankı planlarımız sırasına daxildir və illərdir bu istiqamətdə çalışırıq. 44 günlük vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində əldə olunan tarixi qələbədən sonra istehsal müəssisəsini Qarabağda yaratmaq qərarına gəldik. Bu istiqamətdə müzakirələrə başladıq və Azərbaycan hökuməti də bizim təklifimizi dəyərləndirdi və “Qarabağ Oil” zavodunu aldıq. Qarşıda isə yenidənqurma işləri aparmağı və istehsal müəssisəsini qurmağı nəzərdə tuturuq. Xaricdən investorları da bu işə cəlb edəcəyik ki, yüksək həcmdə keyfiyyətli məhsullar ərsəyə gətirək. Burada günəbaxan yağları istehsal edəcək və “Made in Azerbaijan” brendi altında xarici bazarlara ixrac olunacaq. Xankəndi şəhərində yerləşən müəssisənin yenidən bərpası məqsədilə xaricdən mütəxəssisləri cəlb etməyi planlaşdırırıq. İnanırıq ki, “Qarabağ Oil” ölkəmizin aparıcı istehsal müəssisələrindən birinə çevriləcək və ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək. İxracyönümlü müəssisə olaraq məhsullarımızı dünyanın müxtəlif ölkələrindəki satış mərkəzlərinə yönləndirəcəyik.
-Günəbaxan yağının istehsalı ilə məşğul olacağınızı bildirdiniz. Azərbaycanda əksər istehsalçılar xammalı daha çox xaricdən gətirməyə üstünlük verirlər. Siz, bu prosesi hansı formada tənzimləməyi nəzərdə tutursunuz?
-Günəbaxan yağının istehsalı bir neçə mərhələdən ibarət olan texnoloji prosesdir. İlkin mərhələ xammalın əldə olunmasından ibarətdir. Qeyd edim ki, zavoda yaxın ərazidə günəbaxan toxumlarından istehsal etməklə əkinçilik fəaliyyəti həyata keçiriləcək. Məhsul yığımı zamanı günəbaxan başları kəsilərək toxumlar ayırd ediləcək. Biz bu prosesi də Qarabğın ərazisində həyata keçirəcəyik. Azərbaycan hökumətinin dəstəyi nəticəsində güzəştli şərtlərlə hektarlarla ərazini icarəyə götürəcəyik. Daha sonra toplanan toxumlar qurudulacaq və mexaniki üsullarla yad cisimlərdən təmizlənəcək. Presləmə, ekstraksiya, təmizləmə, sabonlama, neytrallaşdırma, ağardılma, qoxusuzlaşdırma əməliyyatlarından sonra qablaşdırma və saxlama prosesi təmin olunacaq. Hazır günəbaxan yağı keyfiyyətə nəzarət olunaraq steril şəraitdə butulkalara və ya digər qablaşdırmalara doldurularaq satışa çıxarılacaq. Bu prosesi daxili xammal hesabına həyata keçirməyi nəzərdə tuturuq. Məhsullarımız isə yerli bazarla yanaşı, xarici bazarlara da çıxarılacaq. Qeyd etdiyim kimi, işin peşəkar səviyyədə təşkil olunması üçün yenidənqurma prosesində xaricdən peşəkar mütəxəssisləri cəlb edəcəyik.
-Körfəz ölkələrindən Qarabağa investor cəlbi istiqamətində layihələriniz diqqətdən yayınmır. Bununla bağlı işlər hazırda nə yerdədir?
-Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İran və digər ölkələrlə kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət əlaqələrimiz davam edir və investisiyalar cəlb etmək naminə beynəlxalq səviyyədə aktiv fəaliyyət göstəririk. Bu məqsədlə ərəb ölkələrinə çoxsaylı səfərlərimiz baş tutub. Bu səfərlərdə yüksək çinli hökumət rəsmiləri və beynəlxalq ticari tərəfdaşlarımızla fəal müzakirələr aparmışıq. Səudiyyə Ərəbistanı Nəqliyyat və Logistika Xidmətləri Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qlobal Logistika Forumunda spiker qismində çıxış edərək investorları Azərbaycana dəvət emişik. Çox qürurverici məqamdır ki, onlar ölkəmizə xüsusi maraq göstərirlər. Ələxsus da, Qarabağın yenidən qurulmasına töhfə vermək niyyətindədirlər. Forum çərçivəsində Azərbaycanla ərəb dövlətləri arasında logistika imkanları müzakirə olunub və mühüm razılaşmalar olub. Kənd təsərrüfatı məhsullarının Azərbaycandan ərəb ölkələrinə, eləcə də Səudiyyə Ərəbistanına ixracı ilə bağlı xarici ticarət tərəfdaşları arasında ilkin anlaşma əldə edilib. İxrac marşrutu istiqamətində təkliflər dinlənilib. “Women Economic Forum Riyadh 2025” tədbirinə spiker kimi dəvət almışam və “Qadınlar Sərhədsiz Biznes Qurmalıdır” mövzusunda panel çıxışım olacaq. Bu səfər çərçivəsində də mühüm görüşlərimiz gözlənilir. Ümumiyyətlə rəhbəri olduğum Azərbaycan Biznes Partnyorları Klubu (BPC) əsasən “Made in Azerbaijan” brendinin təşviqi və Azərbaycan məhsullarının xarici bazarlara çıxışı istiqamətində fəaliyyət göstərir. Qarabağ İnvestisiya Forumu təşkil etmək niyyətindəyik və hazırda aiddiyatı qurumlarla bu istiqamətdə fəal müzakirələr aparırıq.
-Qadın sahibkarlığının inkişafı ilə bağlı müxtəlif beynəlxalq layihələr icra edirsiniz. BPC-nin əsas fəaliyyət istiqamətlərindən biri də budur. Sizcə, Azərbaycanda qadın sahibkarlığının inkişaf səviyyəsi qənabəxş qiymətləndirilə bilərmi?
-Bundan öncəki suala cavabda da qeyd etdiyim kimi, “Women Economic Forum Riyadh 2025” tədbirinə spiker kimi dəvət almışam və orada “Qadınlar Sərhədsiz Biznes Qurmalıdır” mövzusunda panel çıxışım olacaq. Qadınların iqtisadiyyatda rolunun artırılması BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfindən biridir. Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir və çox sevindirici haldır ki, işgüzar xanımlarımızın sayı durmadan artır. Bu bu prosesi təşviq etməkdə qərarlıyıq. “Qarabağ Qadın İntibah Mərkəzi”ni təsis etmək planımız var ki, bu mərkəz “Fərasətli Mavi Kəpənək” və digər qadın gücü və liderliyini təşviq edən müxtəlif layihələr həyata keçirəcək. Habelə şəxsi həyat hekayəsinə əsaslanan kitab, motivasiya çıxışları və Amazon satış layihələri üzərində də işləyirik. Bu xüsusda da fəaliyyətimiz çoxvektorludur və əminik ki, ciddi nəticələrə nail olacağıq.
Azər
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Aprel 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see599

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see504

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see454

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see327

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see313

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see306

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see299

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see285

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see269

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see261

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see248

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see236

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see232

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see209

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see206

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see206

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see203

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see190

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see190

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri