Icma.az
close
up
RU
Zibil kimi atdığımız bu əşyalar bizə pul qazandıra bilər

Zibil kimi atdığımız bu əşyalar bizə pul qazandıra bilər

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Məişət tullantılarının çeşidlənməsi ekoloji dayanıqlığın əsas istiqamətlərindən biri kimi qəbul edilsə də, Azərbaycanda bu praktika hələ geniş yayılmayıb. Bunun əsas səbəbləri ictimai maarifləndirmənin zəifliyi, infrastrukturun məhdudluğu və vərdişlərin formalaşmaması ilə bağlıdır. Nəticədə tullantıların böyük hissəsi çeşidlənmədən ümumi poliqonlara yönləndirilir ki, bu da həm ətraf mühitə, həm də resursların səmərəli istifadəsinə mənfi təsir göstərir.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı ekoloq Sadiq Həsənov “demokrat.az”a bildirib ki, bərk məişət tullantılarının və ümumilikdə yaranan tullantıların təkrar emalı ciddi problemdir:
 

"Bu problem tək Azərbaycanda deyil, bütün dünyada geniş miqyasda müşahidə olunur. Bir çox tullantının təkrar emalı mümkün olmur. Onlar toplanır, müəyyən yerlərə daşınır və basdırılır və ya yandırılır. Yəni əsasən utilizasiya prosesi bu üsullarla həyata keçirilir, lakin tullantıların böyük bir hissəsi tam şəkildə emal olunmur.


Azərbaycanda ümumilikdə yaranan tullantıların həcmi adam başına təxminən 421 kiloqram təşkil edir. Buraya həm sənaye tullantıları, həm də bərk məişət tullantıları daxildir. Bərk məişət tullantıları üzrə 2025-ci ildə təxminən 3 milyon 250 min ton tullantı yaranıb. Bu da adambaşına təxminən 320 kiloqram deməkdir. Buraya qida məhsullarından yaranan tullantılar, ev təsərrüfatlarında formalaşan plastik, kağız, karton, metal və digər tullantılar daxildir".
Ekoloq deyib ki, təhlillərə görə tullantıların strukturunda plastik təxminən 8–10 faiz, şüşə 6–10 faiz, karton isə 10–12 faiz paya malikdir:
"Əsas hissə isə qida mənşəli üzvi tullantılardan ibarətdir. Metal tullantılar da müəyyən faiz təşkil edir. Ümumilikdə hesablamalara əsasən bərk məişət tullantılarının təxminən 60–70 faizi potensial olaraq təkrar emala yararlıdır.
Dünyada olduğu kimi Azərbaycanda da metal və kağız tullantılarının təkrar emalı nisbətən daha asandır. Plastik tullantıların emalı isə daha mürəkkəb və çətindir. Bu səbəbdən onlar əsasən toplanır və xüsusi müəssisələrə yönləndirilir. Şüşə tullantılarının emalı da asan proses deyil və ayrıca infrastruktur tələb edir.
Ən optimal yanaşmalardan biri istehsalçıların qablaşdırma materiallarını geri qəbul etməsidir, lakin bu sistem hələ tam formalaşmayıb.
Hazırda Azərbaycanda tullantıların təxminən 20–25 faizi təkrar emal oluna bilir. Onların bir hissəsi Balaxanıdakı tullantı emalı kompleksində yandırılaraq elektrik enerjisinə çevrilir. Digər hissəsi isə çeşidlənərək təkrar emala göndərilir və ya utilizasiya olunur. Balaxanı bərk məişət tullantılarının emalı üzrə əsas mərkəzlərdən biridir və illik emal gücü təxminən 500 min ton təşkil edir.
 

Qeyd etmək lazımdır ki, tullantıların çeşidlənməsi problemi bütün dünyada aktualdır. Bir çox ölkələrdə proses ev təsərrüfatlarından başlayır və tullantılar ayrı-ayrı qablara atılır.


Azərbaycanda isə çeşidləmə üçün infrastruktur mövcud olsa da, toplanan tullantılar çox vaxt eyni nəqliyyat vasitəsi ilə daşındığı üçün proses effektiv olmur və çeşidləmə əsasən emal müəssisələrində aparılır.
Tullantıların idarə olunması sahəsində əsas qurum “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətidir. Tullantıların toplanması və daşınması isə yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən müvafiq strukturlar tərəfindən həyata keçirilir",- deyə bildirib.
Yəni evimizdən atdığımız zibillərin böyük hissəsini əslində yenidən istifadə etmək mümkündür, lakin düzgün çeşidləmə aparılmadığı üçün tonlarla yararlı xammal sadəcə poliqonlarda basdırılır və ya yandırılır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 May 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri