Zidan Fransanın yox, Əlcəzairin oyununa gedəcək
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zidan Fransanın yox, Əlcəzairin oyununa gedəcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Fransa millisinin sabiq futbolçusu və “Real” Madridin keçmiş baş məşqçisi Zinəddin Zidan DÇ-2026-da Fransa - Seneqal oyununu stadiondan izləməyəcək.
QOL.az xəbər verir ki, bu barədə “Actu Foot” məlumat yayıb.
Mənbənin iddiasına görə, Zidan iyunun 16-da keçiriləcək Fransa - Seneqal matçı əvəzinə Argentina - Əlcəzair qarşılaşmasına yollanacaq.
Buna səbəb isə onun oğlu Luka Zidandır. Bildirilir ki, Zinəddin Zidan Əlcəzair millisinin formasını geyinən oğlunun oyununu canlı izləmək istəyir.
Qeyd edək ki, Argentina və Əlcəzair milliləri DÇ-2026-nın J qrupunun ilk turunda üz-üzə gələcəklər. Luka Zidanın bu görüşdə meydana çıxıb-çıxmayacağı isə hələlik məlum deyil.
Bu mövzuda digər xəbərlər:Əlcəzairin ədalət istəyi, Fransanın hiddəti...
27 Dekabr 2025 16:18
Əlcəzairin və Fransanın futbol əfsanəsi dünyasını dəyişdi
09 Noyabr 2024 10:03
Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
02 Avqust 2026 20:10
Əlcəzairin siyasi partiyaları Fransanın ölkələrinə qarşı düşmənçilik kampaniyasını qınayıb
02 Mart 2025 05:43
Əlcəzairin Fransadan tələbi...
27 Yanvar 2025 18:39
Baxış sayı:151
Bu xəbər 15 İyun 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















