Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Əlcəzairin Fransadan tələbi...

Əlcəzairin Fransadan tələbi...

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əlcəzair ərazisində aparılmış nüvə sınaqlarının tullantılarının tam və birdəfəlik aradan qaldırılmasında məsuliyyəti üzərinə götürməsini Fransadan qətiyyətlə tələb edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Əlcəzairin Millət Şurasının sədri Saleh Qucil tullantıların idarə olunması, nəzarət və aradan qaldırılması barədə yeni qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deyib. Qucil ölkəsinin bu mövqeyinin qanun layihəsində açıq şəkildə ifadə olunmasının vacibliyini qeyd edib.

O, həmçinin diqqətə çatdırıb ki, "nüvə partlayışlarının baş verdiyi bölgələrin yaxınlığında yaşayan əlcəzairlilər bu günə qədər onların fəsadlarından əziyyət çəkirlər".

Eyni zamanda, qanun layihəsinin müəllifi Əlcəzairin ətraf mühit və həyat keyfiyyəti naziri Nəcibə Cilali müzakirələr zamanı bildirib ki, yeni sənəd təkcə mövcud çağırışlara qarşı tədbirləri nəzərdə tutmur, həm də tarixi və ekoloji ədalətə aid güclü mesajları ehtiva edir. Nazir bu kontekstdə “Əlcəzair səhrasında zalım müstəmləkəçinin həyata keçirdiyi nüvə partlayışlarının fəlakət törədən tullantıları”nın təsirlərinə də toxunub.

Əlcəzairli nazir vurğulayıb ki, nüvə təcrübələri nəticəsində yaranmış bu ekoloji fəlakətin səbəbkarı öz tarixi, əxlaqi və hüquqi məsuliyyətini tam şəkildə qəbul etməli, radioaktiv tullantıları aradan qaldırmalı, eləcə də Əlcəzairə, Ədrar, Riqqan, İn İkr və başqa regionların sakinlərinə vurduğu böyük zərəri etiraf etməlidir. O qeyd edib ki, Fransanın bu təcrübələri ölkəsinin və xalqının haqqını pozmuş addımlardan biridir.

Nazir vurğulayıb ki, bu tələblərin indiki və gələcək nəsillərin sağlam və davamlı mühitdə yaşayışını möhkəmləndirmək naminə ətraf mühitlə bağlı milli qanunvericilik aktlarına əlavə edilməsi, eləcə də bu məsələ ilə bağlı fəaliyyətin bütün mümkün vasitələrlə davam etdirilməsi Əlcəzair xalqının hüquqlarının bərpasını və ekologiyanın bu dağıdıcı təsirlərdən qorunmasını təmin edəcək.

Əlcəzairin “əl-Şəab” saytı yazır ki, Fransa 1960-1966-cı illər arasında Əlcəzairin Riqqan və Ahaqqar dağlıq ərazisində 17 nüvə sınağı həyata keçirib. “Mavi ərəbdovşanı” adlandırdığı ilk nüvə sınağı 1960-cı il fevralın 13-də baş tutub. Şimali Afrika səhrasında yaşayan çöl heyvanının adına Fransa bayrağının rənglərindən birini əlavə ediblər. 70 kiloton gücündə olan bu partlayış Xirosimaya atılan atom bombasından 3-4 dəfə güclü olub və onun radioaktiv təsirləri gözlənildiyindən uzun müddət qalıb. Belə ki, saytın yazdığına görə, Fransa Atom Enerjisi Komissiyasının 1960-cı il hesabatında qeyd olunur ki, sınaq nəticəsində təqribən 150 km uzunluğunda bir bölgə radioaktiv maddələrlə çirklənib. Hesabatda dövlət sirri kimi uzun müddət saxlanan, lakin 2013-cü ildə ictimaiyyətə açıq elan edilən məlumatlar həmin nüvə sınağının daha geniş real təsirlərini açıqlayıb. Məlum olub ki, Sub-Saharanın bəzi ölkələri, Afrikanın mərkəzində, hətta qərbində yerləşən ölkələr bu sınağın təhlükəli təsirlərindən uzaq qala bilməyiblər. Hətta bildirilir ki, radiasiya buludları İspaniyanın Aralıq dənizi sahillərinə və İtaliyanın Siciliya bölgəsinə qədər gəlib çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Yanvar 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see664

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see468

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see276

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see257

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see249

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see240

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see227

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see223

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see221

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see220

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see216

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see207

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see199

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see198

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see193

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see190

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see185

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see183

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri