Zidan Hümbətov “Adriatik incisi”nə qələbə ilə başlayıb
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə start verilib.
İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
54 kq çəkidə mübarizə aparan Zidan Hümbətov 1/8 final çərçivəsində qazaxıstanlı Almaz Nurlanla qarşılaşıb. Boksçumuz rəqibini 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşündə İlgiz Korqonbayevlə (Qırğızıstan) gücünü yoxlayacaq. Döyüş martın 6-da olacaq.
Qeyd edək ki, martın 9-da başa çatacaq yarışa Azərbaycan millisi 3 oğlan, 4 qız boksçu ilə yollanıb.
İdman.biz

“Adriatik incisi”: Zidan Hümbətov finalda FOTO
09 Mart 2025 09:01
Zidan Hümbətov “Adriatik incisi”nin qalibi olub
10 Mart 2025 11:48
Boksçularımız Adriatik incisi”ndə HEYƏT
01 Mart 2025 16:38
“Adriatik incisi” beynəlxalq turnirinə start verilib
04 Mart 2025 12:23
Daha bir boksçumuz “Adriatik incisi”nin yarımfinalında
07 Mart 2025 10:18

