Zidan Ronaldonu müdafiə etdi
Qol.az saytına istinadən Icma.az xəbər verir.
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Kriştiano Ronaldo haqda danışıb.
QOL.az "RMC Sport"a istinadən xəbər verir ki, fransalı mütəxəssis daha əvvəl baş məşqçi Jorje Jesus ilə yaşadığı münaqişə səbəbindən Portuqaliya milli komandasının düşərgəsini tərk edən 41 yaşlı futbolçunun karyerasını yüksək qiymətləndirib.
“Onun möhtəşəm karyerasına layiqincə hörmət etməliyik. Onunla işləmək mənim üçün böyük şans idi. O, mənə çoxlu titullar qazanmağa kömək etdi. Kriştianoya böyük hörmətim var. Mən həmişə birlikdə vaxt keçirdiyim insanlara böyük hörmətlə yanaşıram” - deyə Zidan bildirib.
Qeyd edək ki, Ronaldo 2016-2018-ci illərdə Zidanın rəhbərliyi altında “Real"da çıxış edib.
Xatırladaq ki, Ronaldo baş məşqçi Jorje Jezusla yaranmış fikir ayrılığından sonra Portuqaliya millisinin düşərgəsini tərk edib.
Baxış sayı:107
Bu xəbər 04 Oktyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















