Ziddiyət dolu məşqçi: Rəşad Sadıqov 5 günə fikir dəyişdi!
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov 5 gün ərzində iki ziddiyyətli fikirlə yadda qalıb. Belə ki, o, rəhbərliyin avrokubok hədəfləri ilə bağlı ayrı-ayrı fikir bildirib.
14 mart. “Qarabağ”la oyunsonrası mətbuat konfransı:
“Rəhbərlik qarşımızda avrokubok hədəfi qoymamışdı. Mən özüm üçün, futbolçular avrokuboka düşmək istəyirik. İnanıram ki, mövsümün sonunda məşqçilərin, futbolçuların qarşısına qoyduğu hədəfə çatarıq. Əlimizdən gələni edəcəyik”.
19 mart. “Karvan-Yevlax”la oyunsonrası mətbuat konfransı:
“Avrokuboka düşməsək, mən, futbolçular, rəhbərlik düşünəcəyik ki, qarşımıza qoyduğumuz hədəfə çata bilmədik”.
Rəşad Sadıqovun iki ardıcıl mətbuat konfransında rəhbərliyin komandanın avrokubok hədəfi ilə bağlı bildirdiyi fikirlər təzadlıdı. “Zirə” rəhbərliyi Rəşad Sadıqovun qarşısına avrokubok hədəfi qoyub, ya yox? Bilmədik… Deyəsən, Sadıqov özü də bilmir…
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:Rəşad Sadıqov: “
09 Mart 2025 19:55
Rəşad Sadıqov: Beynimizdə belə fikir var
28 Noyabr 2025 16:56
Rəşad Sadıqov: Biz 5 əvəzləmə etdik və...
28 Noyabr 2025 16:10
Rəşad Sadıqov: “Gündəmdə 4 5 transfer var”
22 Avqust 2026 23:37
Rəşad Sadıqov: Türkiyədə məşqçi işləmək istəyirəm Video
17 Yanvar 2026 12:44
Baxış sayı:109
Bu xəbər 21 Mart 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















