Icma.az
close
up
RU
Ziddiyyətlər dolu “Nottingem Forest” İdman və Biz

Ziddiyyətlər dolu “Nottingem Forest” İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasında “Nottingem Forest” ardıcıl 6-cı qələbəsini qazanmaqla diqqətləri üzərinə çəkdi. Mövsümün rekordu olsa da, Premyer Liqa rekordunun hələ ki, üçdən birinə çatan bu nəticənin sahibi ötən illərdəki çıxışı prizmasından maraq doğurur.

İdman.biz mövsümün rekordçusunun ziddiyyətlərlə dolu maraqlı dünəninə baxmağı qərara alıb.

1865-ci ildə yaradılan klub qızıl dövrünü ötən əsrin 70-ci illərində yaşayıb. 1976/1977-ci illər mövsümündə aşağı divizionun 3-cüsü olaraq ən güclülərin sırasına qatılan nottingemlilər elə ilk mövsümdəcə (1977/1978) İngiltərə çempionluğuna yüksəldilər. Özü də öncəki 2 və sonrakı 6 mövsüm də nəzərə alınmaqla 9 çempionatın 7-də çempion olmuş “Liverpul”u qabaqlamaqla. Növbəti mövsümdə “Liverpul”u irəli buraxaraq 2-ci olan “Nottingem Forest” həmin illərdə Avropa futbolunda da ad çıxarmağı bacardı. 1979 və 1980-ci illərdə Avropa Çempionlar Kubokunu qazandı, elə həmin illətdə iştirak etdiyi qitə Superkuboku matçlarının da birincisində qalib oldu.

1992-ci ilə qədər ölkə çempionatında 3-9-cu yerlər arasında mövqe tutan klub, 1992/1993-cü illər mövsümündə sonuncu yeri tutaraq Premyer Liqanı tərk etdi. Bir mövsüm aşağı divizionda keçirdikdən sonra yenidən elitaya qayıdıb birdən-birə 3-cülüyə yüksəldi. Ancaq 2 mövsüm sonra yenə Premyer Liqa sonunculuğu və yenə də aşağı eniş.

Çempionşipdə daha bir mövsüm ardından Premyer Liqaya qayıdan “Nottingem Forest” bu dəfə möhtəşəm dönüş ənənəsinə sadiq qala bilmədi və yenə sonuncu olaraq uzun müddətə elitanı tərk etdi.

Hətta 2004/2005 mövsümündə Çempionşipdə də sondan ikinci yeri tutaraq daha aşağı diviziona enən klub Avropa futbolunda qitə Çempionlar Kuboku sahibləri arasında səviyyəcə 3-cü ölkə liqasında oynayan ilk komanda oldu.

1999-сu ildən sonra ilk dəfə 2022-2023-cü illər mövsümündə Premyer Liqaya qayıdan “Nottingem Forest” ilk iki mövsümünü heç də yaxşı keçirmədi. Hər iki mövsümdə çətinliklə güclülərin sırasında yerini qoruyan klub bir dəfə 16-cı, bir dəfə 17-ci yerdə oldu.

Cari mövsüm nisbətən uğurlu başlasa da, yuxarılara sıçrayışı heç də vəd etmirdi. Dekabrın 4-də “Mançester Siti” 4 oyunluq məğlubiyyətlər seriyasını məhz “Nottingem Forest”in qapısından 3 cavabsız qolla son qoymaqla, deyəsən qarşısındakı komandanı yuxudan oyatdı. O anadək ilk 14 turda 6 qələbəsi olan nottingemlilər, sonrakı 6 oyunun hamısında qalib gəldilər. Klub hazırda 40 xalla turnir cədvəlində 3-cüdür.

İndi bu seriya nə qədər davam edəcək? Hər halda Premyer Liqanın rekorduna çətin ki iş gedib çıxa. 18 ardıcıl qələbəlik bu rekord isə “Mançester Siti” (26 avqust-27 dekabr 2017) və “Liverpul”a (27 oktyabr 2019-24 fevral 2020) məxsusdur.

Vüqar Məmmədov
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Yanvar 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri