Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Zikhlərin səsi Bakından dünyaya yayıldı

Zikhlərin səsi Bakından dünyaya yayıldı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

16 yanvar 2026-cı il tarixində Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans geniş beynəlxalq iştirak və əhəmiyyətli ictimai-siyasi rezonans doğurmuşdur.

Tədbir həmçinin beynəlxalq media məkanında geniş şəkildə işıqlandırılmış və bir sıra nüfuzlu beynəlxalq və regional media qurumları tədbirlə bağlı analitik və informativ materiallar dərc etmişdir. Xüsusilə Hindistanın SikhPoliticsNews, KhireyaPunjab, MediaPunjab, BolePunjab və QuamieKta media platformaları, o cümlədən Pakistanın The Gulf Observer və HumEnglish portalları, Türkiyənin TRT1 televiziya kanalı, eləcə də Gürcüstanda mənzillənən OC Media informasiya portalı konfrans barədə ətraflı məlumat yaymışdır. Sözügedən media qurumları konfrans çərçivəsində səsləndirilən mövqeləri, tarixi faktları və mövcud insan hüquqları vəziyyətini geniş auditoriyaya çatdıraraq tədbirin beynəlxalq əhəmiyyətini ön plana çıxarmışdır.

Konfrans, eyni zamanda, sosial şəbəkələrdə, xüsusilə Hindistanın etnik və dini azlıqlara qarşı zorakı siyasətindən zərər çəkmiş və hazırda Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və digər ölkələrdə yaşayan Zikh diaspor icmaları arasında X (Twitter), Facebook və digər platformalarada geniş müzakirə edilmişdir. Xaricdə fəaliyyət göstərən bir sıra zikh təşkilatlar Bakı Təşəbbüs Qrupu-nun paylaşdığı postları yenidən paylaşmışdır. 

Sosial media müzakirələrində əsasən “Bakı Təşəbbüs Qrupu zikhlərə qarşı diskriminasiyanı beynəlxalq gündəmə çıxardı”, “Bakıda zikhlərə qarşı zorakılığa həsr olunmuş beynəlxalq konfrans keçirildi”, “Hindistanda azlıqlara qarşı repressiyalar Bakıda beynəlxalq müstəvidə müzakirə olundu” və “Sikhlərin hüquqlarının müdafiəsi üçün yeni qlobal platforma: Bakı Konfransı” və s. bu kimi başlıqlar diqqət çəkmişdir. 

Bu başlıqlar altında yüzlərlə paylaşım, repost və şərh edilmiş, konfransın materialları və çıxışları geniş auditoriyaya çatdırılmışdır. Tədbir #BakuInitiativeGroup, #SikhRights, #JusticeFor1984 və #HumanRightsInIndia kimi həştəqlərlə sosial mediada trendə çevrilmişdir.

Konfrans Hindistanda etnik və dini azlıqlara qarşı repressiv siyasətin beynəlxalq gündəmə çıxarılması baxımından mühüm addım kimi qiymətləndirilir. Həmçinin, BTQ-nin dekolonizasiya, əsarət altında yaşayan xalqların hüquqlarının müdafiəsi sahəsində qlobal müstəvidə artan rolunu bir daha nümayiş etdirir, zikhlərin hüquqlarının müdafiəsi istiqamətində yeni beynəlxalq platformanın yaradılmasında irəliyə doğru ciddi addımdır. Konfrans çərçivəsində səsləndirilən faktlar və məlumatların yaxın aylarda BMT və digər beynəlxalq institutların gündəminə çıxarılması planlaşdırılır.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri