Icma.az
close
up
RU
Zəfər mesajı dünyaya yayıldı

Zəfər mesajı dünyaya yayıldı

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Azərbaycan öz övladlarını Xankəndidə qarşılayır - bu, təkcə tədbir deyil, manifestdir


Diaspor gəncləri üçün bu cür tədbirlər milli kimliklərini qorumaq və gücləndirmək baxımından əvəzolunmazdır

 Xankəndi şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib. Mərasim Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış ediblər. Çıxışlarda yay düşərgəsinin Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyətinə toxunulub, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasətinin uğurlu nəticələrindən danışılıb. Tədbirdə dövlət başçısının Xankəndidə bayraq qaldırmasının, oradakı tarixi çıxışının yer aldığı videoçarx nümayiş olunub, həmçinin Diaspor Gənclərinin Yay Düşərgələrinin tarixi ilə bağlı fakt və rəqəmlər səsləndirilib. DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının və Rəvan Rədin aparıcılıq etdikləri açılış mərasimi bədii hissə ilə davam edib. Qeyd edək ki, avqustun 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən artıq gənc qatılıb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Xankəndinin sülh, əməkdaşlıq və inkişaf simvoluna çevrildiyinə diqqət çəkib, düşərgəyə gənclərin ildən-ilə daha çox maraq göstərdiklərini, bu platformanın ilk gündən özünü doğrultduğunu ifadə edib. Sədr bildirib ki, bir həftə ərzində onlar ölkəmizdə həyata keçirilən islahatlar, Qarabağ bölgəsində gedən bərpa və quruculuq işləri haqqında məlumat alacaq, həmçinin ziyalılar, şəhid ailələrinin üzvləri, döyüş iştirakçıları, idmançılar və müxtəlif sahələrdə uğur qazanan şəxslərlə görüşəcəklər: "Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi 2018-ci ildən etibarən həyata keçirilir və bu il də gənclər tərəfindən böyük maraqla qarşılanıb. Yay düşərgəsinə ildən-ilə artan maraq var. Artıq ikinci ildir ki, biz yalnız azərbaycanlı gənclərlə kifayətlənmirik, Azərbaycana dost olan xalqların nümayəndələrini də seçim mərhələsindən keçiririk". Komitə sədri düşərgənin bu il Xankəndidə keçirilməsini xüsusi rəmzi məna daşıyan hadisə kimi dəyərləndirib: “Xankəndi Azərbaycanın gücünün, müstəqilliyinin və suverenliyinin simvoludur. Bu torpaqlarda keçirilən düşərgə həm də şəhidlərimizə olan borcumuzun ifadəsidir. Əldə olunan uğurların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Məqsədimiz budur ki, bu gənclər gələcəkdə Azərbaycan diaspor hərəkatının öncül liderlərinə çevrilsinlər”. O əlavə edib ki, əvvəlki illərdə yay düşərgələri Laçın və Şuşada da təşkil olunub və bu ənənə davam etdiriləcək. 

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçısı Əliəşrəf Abdullayev Latviyanın Riqa şəhərindən gəldiyini deyib. Onun sözlərinə görə, Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak etmək, Xankəndi şəhərində olmaq mənim üçün böyük fəxrdir: "Yay düşərgəsi iştirakçıların dünya görüşünün artmasında mühüm rol oynayacaq. Mən yay düşərgəsinin təşkilatçılarına minnətdarlığımı bildirirəm". Düşərgəyə İtaliyadan qatılan Toğrul Əliyev Genuya şəhərində yaşadığını söyləyib: "Beynəlxalq təhlükəsizlik və siyasi araşdırmalar üzrə tədqiqatçıyam. Doktoranturada təhsil alıram. Bu gün Azərbaycanın Xankəndi şəhərində olmaq hər bir Azərbaycan gənci kimi mənim üçün də böyük qürur və fəxarətdir. Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun azad etdiyi torpaqlarımızda quruculuq işlərinin sürətlə aparılması bizim üçün böyük fəxarət hissi doğurur. Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edirəm. “Konstitusiya və Suverenlik İli” ilə bağlı təşkil edilən bu tədbirdə çoxsaylı görüşlərimiz olacaq. Eyni zamanda, Azərbaycanın milli-mədəni dəyərləri ilə yaxından tanış olacağıq. Dünyanın dörd bir yanından gəlmiş yüzdən artıq azərbaycanlı gənc burada öz milli-mənəvi dəyərlərinə, kökünə, etnik kimliyinə yenidən sahib olur və bu dəyərləri mənimsəyir".

Tədbirə İspaniyadan qatılan, Pənahəli xanın nəslinin nümayəndəsi Zeynəb Əkbərzadə bildirib ki, Qarabağda olmaqdan çox qürurludur: "Həm ulu babamın təməlini qoyduğu şəhəri görmək, həm də burada dövlətimizin keçirdiyi tədbirin iştirakçısı olmaqdan məmnunam. Yay düşərgəsində iştirak nəticəsində həm Qarabağla bağlı məlumatlarım artacaq, həm də yeni dostlar qazanacağam. Tədbirin təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm".

Düşərgəyə Almaniyadan qatılan Günel Hüseynli deyib ki, bu tədbir gənclərin Vətənə bağlılığı baxımından çox önəmlidir: "Almaniyada Təmiz enerji prosesləri üzrə magistr təhsili alıram. Burada olmaq mənim üçün qürurverici və sevindiricidir. Çünki tədbir azərbaycanlı gənclər üçün həm dünyagörüşünün artırılması, həm də Vətənə bağlılıq baxımından çox önəmlidir. Ən önəmlisi bu tədbirin Xankəndidə təşkil edilməsidir. Biz uşaq yaşlarımızdan Qarabağ hekayəsi ilə böyümüşük və bu gün hamımız üçün sevindirici haldır ki, Qarabağda beynəlxalq tədbirlərə ev sahibliyi edirik". Fransada doğulub böyüyən, hazırda Parisdə yaşayan İbrahim Diavara ilk dəfədir ki, Qarabağa səfər etdiyini deyib. Babası seneqallı, anası isə türkdür. O, Azərbaycanın Qarabağ uğrunda mübarizəsini uzun müddət yaxından izlədiyini bildirib: "Qarabağa dünən gəlmişik. Xankəndi çox gözəl şəhərdir. Əminəm ki, bundan sonra daha da gözəlləşəcək". 


 Millət vəkili Naqif Həmzəyev Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanın diaspora siyasətində yeni bir səhifə açılan bu günlərdə, Xankəndi şəhərində keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi xüsusi əhəmiyyət kəsb edir. Deputatın sözlərinə görə, bu tədbir təkcə diaspora gənclərinin vətənlə əlaqələrinin gücləndirilməsi deyil, həm də Azərbaycanın qələbə tarixinin yaşayan simvolu kimi qarşımızda durur:

seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri