Zinəddin Zidan Fransa millisinə 2 yeni oyunçu dəvət edəcək
Icma.az bildirir, sport24.az portalına istinadən.
Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan bir neçə yeni oyunçuya yığmada debüt etmək şansı verməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, baş məşqçinin ilkin heyətinə "Sanderlend"in yarımmüdafiəçisi Enzo Le Fe və "Renn"in hücumçusu — ötən mövsüm Liqa 1-in bombardiri olmuş Esteban Lepol daxildir.
Lepol Didye Deşamın DÇ-2026-ya seçdiyi heyətə düşməsə də, bömbardirlik keyfiyyətlərini nümayiş etdirməkdə davam edir. O, cari mövsümün ilk 3 turunda üç qol vurub və xüsusilə də son çempion PSJ-nin qapısına yol taparaq fərqlənib. 26 yaşlı yarımmüdafiəçi Le Feyə gəldikdə isə, o, əvvəllər heç vaxt əsas milliyə dəvət almayıb və yalnız Fransanın gənclər və U-21-də çıxış edib. Karyerası ərzində "Loryan", "Renn" və "Roma" klublarında çıxış edib. Yarımmüdafiəçi 2025-ci ildən bəri "Sanderlend"in heyətindədir. O, İngiltərə klubunda keçirdiyi 61 oyunda səkkiz qol vurub. Zidan Fransa millisinin yekun heyətini sentyabrın 18-də açıqlayacaq.
Qeyd edək ki, Fransa millisi sentyabr və oktyabr aylarında Millətlər Liqası çərçivəsində Türkiyə (25 sentyabr), Belçika (28 sentyabr və 5 oktyabr) və İtaliya (2 oktyabr) yığmaları ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 Sentyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















