Icma.az
close
up
RU
Zirə ilə matça revanş hissi ilə çıxmamışdıq MÜSAHİBƏ

Zirə ilə matça revanş hissi ilə çıxmamışdıq MÜSAHİBƏ

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Turan Tovuz"un kapitanı Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" "Zirə" ilə matçda qələbə qazana bilmədi. Səncə, nəyə görə qalib gəlmək alınmadı? 

- Əslində, oyuna yaxşı hazırlaşmışdıq. Çətin matç olacağını isə gözəl bilirdik. Qalib gələrək, işimizi də asanlaşdırmaq niyyətində idik. Hər iki komanda yaxşı oyun oynadı. Məncə, 1:1 ədalətli hesab idi. 

- Ölkə kubokunda "Zirə" səddini keçə bilmədiyinizə görə, bu dəfəki görüşə revanş hissi ilə çıxmışdınız?

- Xeyr. Belə bir şey yox idi. Futboldur da. Kubokda uduzmağımıza görə bu dəfəki matça revanş hissi ilə çıxmamışdıq. Sadəcə biz yerimizi möhkəmləndirmək üçün bu matça daha motivasiyalı çıxmışdıq. O da qalib gəlmək alınmadı.

- “Turan Tovuz"un ikinci pilləni tutmaq şansı da var. Yəqin ki, kubokdan uzaq qaldıqdan sonra indiki əsas məqsəd mövsümü məhz ikinci pillədə başa vurmaq olacaq?

- Belə şansımız varsa, sona qədər onun uğrunda mübarizə aparacağıq. Necə olacağını zaman göstərəcək. Bizi bu həftə “Qarabağ”a qarşı vacib oyun gözləyir. İlk növbədə o matçda qələbə qazanaraq, daha sonra nələrisə düşünə bilərik.

- Maraqlıdır ki, komanda ikinci yeri tutarsa, "Sabah" da həm liqada, həm də kubokda çempionluğu qeyd etsə, Avropa Liqasına yollanacaqsınız. Avropa Liqası, ya Konfrans Liqası arasında sizin üçün fərq var?

- İndiki durumda bunları düşünmürük. Çünki lap əvvəl qələbələr qazanmaq lazımdır ki, o mövqedə qərarlaşaq. Bunu etdikdən sonra siz dediyiniz məsələləri düşünmək mümkündür. 

- İkinci yer üçün növbəti addımı məhz elə 30-cu turda ata bilərsiniz. Qarşıdakı turda rəqibiniz "Qarabağ"dır. Onları səfər meydanında məğlub etmək mümkün olacaq?

- Oyuna yaxşı hazırlaşırıq. Matç zamanı da maksimumu etməyə çalışacağıq. Daha az səhv edən, daha çox səbirli olan komanda bu matçda qalib gələcək.

- “Turan Tovuz"la müqavilə müddətini başa çatır? Komandada qalmaq istəyirsən, yeni müqavilə imzalamağı planlaşdırırsan yəqin? Komanda ilə avrokuboklarda oynamaq istəyin çoxdur yəqin?

- “Turan Tovuz”la daha bir illik müqaviləm var. Mövsüm başa çatdıqdan sonra hər şeyə aydınlıq gətiriləcək. Hələ ki bütün fikrimiz oyunlara yönəlib.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sportal.az
archiveBu xəbər 01 May 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri