Zirə nin rəqibi bilindi
Qol.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün 2026/27 mövsümü UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Həmçinin oxuyun: UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
“Turan Tovuz” cəza səbəbindən avrokuboklara buraxılmadığı üçün KL-də Azərbaycanın 2-ci təmsilçisi olacaq “Zirə”nin rəqibi müəyyənləşib. Püşkün nəticəsinə əsasən, paytaxt təmsilçisinin rəqibi "Torpedo" (Gürcüstan) olub. Rəşad Sadıqovun komandası ilk oyunu evdə keçirəcək.
Qeyd edək ki, "Zirə" mübarizəyə 1-ci mərhələdən, digər təmsilçimiz “Neftçi” isə 2-ci mərhələdən başlayacaq.
“Neftçi”nin rəqibi iyunun 17-də keçiriləcək 2-ci mərhələnin püşkatmasında müəyyənləşəcək.
1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri isə iyulun 16-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 İyun 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















