Zirə nin Torpedo ilə oyunlarının hakimləri bilindi
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Zirə”nin Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan “Torpedo”su ilə keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 8-də Sumqayıtda oynanılacaq “Zirə” – “Torpedo” görüşünü finlandiyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Yani Hüytiya yan xətdə Veli-Matti Leppenen və Yusso Mantere köməklik edəcək. Dördüncü hakim isə Peyman Simani olacaq. Oyun 20:00-da başlayacaq.
Komandalar arasında Gürcüstanda keçiriləcək cavab matçını isə macarıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Mihali Kapraya yan xətdə İstvan Albert və Bense Belitsa köməklik edəcək. Dördüncü hakim isə Marsel Derdak olacaq.
İyulun 16-da Kutaisidə keçiriləcək "Torpedo" "Zirə" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Baxış sayı:139
Bu xəbər 26 İyun 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















