“Zirə”nin legioneri: Azərbaycan Premyer Liqası asan çempionat deyil, hər oyun çox çətindir
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Zirə”nin braziliyalı legioneri Junior Martins apasport.az saytına açıqlama verib.
Apasport.az xəbər verir ki, qəsəbə klubunun aparıcı üzvü komandasının Premyer Liqanın 12-ci turunda “Şamaxı” (0:2) üzərindəki səfər qələbəsini şərh edib:
“Bu oyuna yaxşı hazırlaşmışdıq. Vacib qalibiyyət oldu. “Şamaxı”ya qarşı səfərdə oynamaq, xal qazanmaq elə də asan deyil. Amma biz bunu bacardıq və qələbə qazandıq. Onlara ilk dövrədə uduzmuşduq. Hər halda, səfərdə qələbə qazana bildik. Bu da bizim üçün sevindirici haldır. Son turlarda xallar itirdik. Azərbaycan Premyer Liqası asan çempionat deyil, hər bir oyun çox çətindir. Amma biz meydana hər zaman uğurlu nəticə üçün çıxırıq”.
Martins Premyer Liqanın 13-cü turunda qarşılaşacaqları “Araz-Naxçıvan”la görüş haqda da pozitiv düşünür: “Artıq bu oyuna hazırlaşırıq. Hamımız anlayırıq ki, çətin görüş olacaq. Çünki rəqibimiz də yaxşı komandadır. Lakin biz qələbə qazana bilərik. Bu gücü özümüzdə görürəm. Meydana qələbə üçün çıxacağıq”.
Estoniya millisinin Azərbaycanla oyun üçün heyəti bəlli olub I Liqa: VII turun hakim təyinatları açıqlanıb Arif Əsədov: "Mahirin inkişafına bu amil təsir edir" “Bodo-Qlimt” - "Qarabağ" oyununun hakimləri bəlli olub “Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















