Icma.az
close
up
RU
Zirvədə əsas söz Bakının oldu

Zirvədə əsas söz Bakının oldu

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı region və bütövlükdə Avropa məkanı üçün mühüm siyasi platforma kimi diqqət mərkəzində olub. Müxtəlif dövlət və hökumət başçılarını bir araya gətirən bu tədbir qlobal çağırışlar fonunda siyasi dialoqun dərinləşdirilməsi, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin videobağlantı formatında çıxışı həm məzmunu, həm də siyasi mesajları ilə seçilib. Dövlət başçısının çıxışı Azərbaycanın regionda formalaşan yeni reallıqlar fonunda prinsipial mövqeyini, beynəlxalq hüquqa əsaslanan yanaşmasını və sülh gündəliyinə sadiqliyini bir daha ortaya qoyub.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında xüsusilə vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün yaranmış tarixi imkanlar düzgün dəyərləndirilməlidir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra regionda yeni siyasi reallıq formalaşıb və bu vəziyyət beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Bu çərçivədə Azərbaycanın sülh təşəbbüsləri, o cümlədən Ermənistanla sülh sazişinin imzalanmasına dair təkliflər sabitliyin əsas istiqamətlərindən biri kimi çıxış edir.

Politoloq qeyd edib ki, zirvənin məhz İrəvanda keçirilməsi də simvolik məna daşıyır. Bu, Ermənistan üçün beynəlxalq platformalarda daha konstruktiv mövqe sərgiləmək və regionda davamlı sülhə töhfə vermək baxımından fürsət kimi dəyərləndirilir. Azərbaycan Prezidentinin videomüraciəti isə dolayısı ilə Ermənistan rəhbərliyinə ünvanlanan açıq mesaj kimi də qəbul olunur: bölgədə sabit inkişaf yalnız qarşılıqlı hörmət, suverenliyə riayət və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında mümkündür.

“Avropa Siyasi Birliyi” platforması Avropa İttifaqına üzv və qeyri-üzv ölkələr arasında siyasi koordinasiyanın gücləndirilməsinə xidmət edir. Bu baxımdan Azərbaycanın fəal iştirakı ölkənin Avropa ilə münasibətlərə verdiyi önəmin göstəricisidir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq sahələrində Azərbaycanın rolu getdikcə artır və ölkəmiz etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Nicat İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyindəki rolu da xüsusi yer tutub. Azərbaycan uzun illərdir Avropanın enerji xəritəsində mühüm aktor kimi çıxış edir və qaz ixracının genişləndirilməsi ilə bir sıra ölkələrin enerji təminatında strateji tərəfdaş rolunu oynayır.

Eyni zamanda dövlət başçısı regionda kommunikasiya xətlərinin açılmasının vacibliyini də diqqətə çatdırıb. Zəngəzur dəhlizi kimi layihələr yalnız region ölkələri üçün deyil, daha geniş coğrafiya üçün iqtisadi imkanlar yaradır və qarşılıqlı asılılığı artıraraq sülhün dayanıqlığını gücləndirir.

Politoloqun fikrincə, İrəvanda keçirilən zirvə toplantısı bir daha göstərdi ki, Cənubi Qafqaz beynəlxalq siyasətin diqqət mərkəzindədir. Azərbaycanın səsləndirdiyi mesajlar isə ölkəmizin qlobal və regional proseslərdə artan rolunu nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın sülh, sabitlik və inkişaf xəttinə sadiqliyini təsdiqləməklə yanaşı, regionda yeni əməkdaşlıq mərhələsinin əsas konturlarını da müəyyənləşdirir.

Beləliklə, Azərbaycanın prinsipial və praqmatik mövqeyi fonunda regionda davamlı sülh üçün real zəmin formalaşır. Bu isə təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avropa məkanı üçün strateji əhəmiyyət daşıyır.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 May 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri