Icma.az
close
up
RU
Ziya Şıxlinski: Filmdə Yusif Səmədoğlunun həyatında önəmli rol oynayan üç nəfərin fikrinə yer vermişəm

Ziya Şıxlinski: Filmdə Yusif Səmədoğlunun həyatında önəmli rol oynayan üç nəfərin fikrinə yer vermişəm

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 noyabr, Fidan Əlizadə, AZƏRTAC

Ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Milli bədii fikir xəzinəsinin zənginləşməsində mühüm rol oynayan Yusif Səmədoğlunun 90 illiyinə biz də öz töhfəmizi vermək istədik. Elə bu məqsədlə də “Yadıma düşdü” adlı qısametrajlı sənədli filmini ekranlaşdırdıq. Artıq filmin çəkilişləri bitmək üzrədir.

Bunu AZƏRTAC-a eksklüziv açıqlamasında filmin rejissoru, sənədli kino ustası, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü Ziya Şıxlinski deyib.

“Filmdə Yusif Səmədoğlunun həyatında önəmli rol oynayan üç nəfərin fikrinə yer vermişəm. Onlar ən yaxın dostlarından biri Xalq yazıçısı Anar, ədəbiyyatşünas, tənqidçi, “Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə və Yusifin uzunillik dostu Qasım müəllimdir”, -deyə filmin rejissoru bildirib.

Onun sözlərinə görə, yeni ekran işində diqqət etdiyi əsas məqam səmimi və faktlara əsaslanan olmasıdır.

“Yadıma düşdü” sənədli filminin xronometrajı 30 dəqiqədir. AKİ-nin arxivində Yusif Səmədoğlunun 80 illiyi, Moskvadakı tədbirlər, “Sovet Azərbaycanı” jurnalındakı çıxışları və Milli Məclisdəki fəaliyyətinə dair çoxlu kadrlar var. Bunların hamısı filmdə olacaq. Həmçinin onun “Qətl günü” əsərindən də müəyyən hissələrdən istifadə etdim. Mən bu əsəri Azərbaycan nəsrinin şah əsərlərindən biri hesab edirəm. Çəkilişlərin bir hissəsi Qazaxda, Səməd Vurğunun ev-muzeyinin qarşısında və Bakıda reallaşıb. Filmin çəkilişində mənimlə operator Yura Varnovski və rejissor-montajçı Mübariz Nağıyev çalışıb”,-deyə kinorejissor əlavə edib.

Yusif Səmədoğlunun şəxsi keyfiyyətlərinə nəzər salan rejissor söyləyib: “O, həssas, incədüşüncəli və maraqlı insan idi. Dünyagörüşü, həyata baxışı, insanlarla münasibəti tamamilə özünəxas idi, heç kimə bənzəmirdi. Həm çox kitab oxuyur, həm yazıçılarla daim ünsiyyətdə olurdu, amma bununla belə öz orijinallığını, öz fərdi baxışını qoruyub saxlayırdı”.

Qeyd edək ki, Ziya Şıxlinskinin quruluş verdiyi “Bir həsrətin nəğməsi”, “Ayrılan yollar”, “Şopenin qayıtması”, “Doğma diyar”, “Onun böyük ürəyi”, “Ağır illərin xronikası” və digər filmlər mövzu baxımından fərqli olduğu qədər də, öz rəngarəngliyi ilə də seçilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri