Icma.az
close
up
RU
Ziyalı Azərbaycan qadını və pedaqoq

Ziyalı Azərbaycan qadını və pedaqoq

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müstəqil Azərbaycan dövlətinin ən ümdə vəzifəsifələrindən biri azərbaycançılıq, dövlətçilik ideyalarına sadiq yeni nəslin formalaşdırılmasıdır ki, bu işdə ölkə pedaqoqları əsl fədakarlıq göstərir. Belə pedaqoqlar sırasında Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Qızıltac Şahbazovanın özünəməxsus yeri vardır. 

Tərcümeyi-hal göstəricilərinə diqqət yetirdikdə Qızıltac Tarverdi qızı Şahbazovanın bioqrafiyasında heç bir qeyri-adilik müşahidə olunmur. O da başqaları kimi 1962-ci ildə Naxçıvan şəhərində anadan olub, orta təhsilini 1968-1978-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan şəhər  2 saylı orta məktəbində və Ə.Sultanlı adına 10 saylı orta məktəbdə alıb, 1987-ci ildə Naxçıvan Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası fakultəsini fərqlənmə diplomu ilə bitirib. Bununla belə, müşahidələr deməyə əsas verir ki, Qızıltac Şahbazovanın mənəvi dünyası dogma məktəbi ilə bağlı söhbətlər zəminində Mirzə Cəlil ruhundan qidalanıb, Əli Sultanlı tələbkarlığını mənimsəyib. Nəticədə isə bir Azərbaycan qadını bütün ömrünü maarifçilik hərəkatına həsr edib. 

Qızıltac Şahbazovanın bioqrafiyası müəyyən mənada xalqçılıq hərəkatını yada salır. Yəqinliklə, xalqçılar ölkənin xilasını bütün cəmiyyət üzvlərinin savadlanmasında görmüş, bu səbəbdən kənd müəllimliyini müqəddəs vəzifə səviyyəsində dəyərləndirmiş, ömürlərinin müəyyən hissəsini kənd müəllimliyində keçirmişlər. 1988-ci ildən başlayaraq Şərur rayon Qarxun kənd orta məktəbində işləməsi nəticəsində  Q.Şahbazova yeni nəsillərin formalaşdırılması prosesinə daha dərindən nüfuz etmiş, bu sahədə nə kimi problemlərin olmasını dəqiq müəyyənləşdirmişdir. 

2000-ci ildən elmi-pedaqoji fəaliyyətini Naxçıvan Müəllimlər İnstitutunda davam etdirən Q.Şahbazova artıq yəqinləşdirmişdir ki, müstəqil Azərbaycan dövlətinə bütün varlığı ilə bağlı vətəndaşın formalaşdırılması kiçikyaşlı məktəblillərin mənəvi tərbiyəsinə dair mükəmməl nəzəri konsepsiya hazırlanmaqdan əsaslı dərəcədə asılıdır. Eyni problemi tədqiqat obyektinə çevirən gənc ziyalı  2007-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Qızıltac müəllimənin elmi yaradıcılığında qlobal dünyada çağdaş insanın mənəvi dünyasının xüsusi ciddiyyətlə gündəmə gətirildiyi müşahidə edilməkdədir və bu, təsadüfi deyil. Məsələ ondadır ki, bəşəriyyət tarixinin ayrı-ayrı mərhələləri məhz insana yeni münasibətin ifadə edilməsi ilə səciyyələnib və bu mənada rəqəmsallaşmanın tüğyan etdiyi, insanın rəqəmsal cihazlarla robotlaşdırıldığı, xüsusi proqramlar vasitəsilə həyatın sürətləndirildiyi müasir dövrdə insan və insanlıq probleminin yenidən aktuallaşması tamamilə təbiidir. Yaşadığımız hazırkı zamanda insanın laqeydlik və biganəlik burulğanına düşməsi, demək olar ki, pedaqogika elmi ilə bağlı bütün dərslik və monoqrafiyalarda bu və ya digər dərəcədə etiraf edilməkdədir.  Bu problemin həlli istiqamətində ciddi cəhdlə tədqiqatlar aparan Qızıltac Şahbazova hələ 2012-ci ildə ADPU nəşriyyatı tərəfindən oxuculara təqdim olunan “Müasir şəraitdə kiçikyaşlı məktəblilərin mənəvi tərbiyəsi məsələləri” adlı kitabında bir çox problemlərə aydınlıq gətirməyə çalışmışdır.

Əlbəttə ki, insanın mənəvi tərbiyəsi bütün varlığı ilə  xalqının tərəqqisi uğrunda mübarizə aparan görkəmli ziyalıları daim düşündürmüşdür. Müasir dövrdə isə milli mənəvi dəyərləri qorumaq və gələcək nəsillərə təqdim etmək hər bir cəmiyyət üzvünün mücadiləsindən asılıdır. Şübhəsiz ki, ailə və məktəbin birliyi zəminində haqqında danışılan problem  bütün yönləri ilə həll edilmədən fərdin əsl vətəndaş səviyyəsinə yüksəldilməsi qeyri-mümkündür. Əsl həqiqətdə, istər ailədəki hər bir söz sahibi, istərsə də məktəb kollektivlərinin hər bir əməkdaşı tərbiyənin qızıl prinsiplərinə bələd olmadan mənəvi tərbiyə sahəsində uğur qazanmaqdan söhbət gedə bilməz. Həmin qızıl prinsiplərin təqdimində isə Qızıltac Şahbazovanın “Müasir şəraitdə kiçikyaşlı məktəblilərin mənəvi tərbiyəsi məsələləri” adlı kitabı əvəzsiz mənbələrdən biridir. Fədakar pedaqoqun fikrincə, hər bir valideyn yanlız ailə başçısı kimi deyil, eyni zamanda cəmiyyətin yeni insanını formalaşdırmaq baxımından məsuliyyət daşıyır. 

Məlumdur ki, XX əsrin 20-60-cı illərində də görkəmli pedaqoqlar ictimai düşüncənin əsas diqqətini  yeni nəsillərin təlim-tərbiyəsinə yönəltmiş, hətta dövlətin dəstəyi ilə meydana çıxan bir çox nəşrlər valideynlərin stolüstü kitabına çevrilmişdir. Fikrimizcə, müasir cəmiyyətimizin ən cidddi problemlərində biri valideynlərin pedaqoji biliklərdən uzaq düşmələridir. Bəlkə də, məhz bu cəhəti nəzərə alan Qızıltac Şahbazova “Müasir şəraitdə kiçikyaşlı məktəblilərin mənəvi tərbiyəsi məsələləri” kitabında valideynlərdən dönə-dönə söz açmış, ailədə onların şəxsi nümunəsinin mühüm əhəmiyyət kəsb etməsini ciddi arqumentlərlə əsaslandırmışdır.

“Müasir şəraitdə kiçikyaşlı məktəblilərin mənəvi tərbiyəsi məsələləri” kitabında müəllif çox doğru olaraq problemə belə bir mövqedən yanaşmışdır ki, doğma məmləkətinə bağlı, Vətən uğrunda həyatını qurban verməyə hazır nəsillərin formalaşdırılması Heydər Əliyev şəxsiyyətinə istinad edilmədən qeyri-mümkündür. Çünki məhz Heydər Əliyev dühası Azərbaycan xalqını müstəqil və qüdrətli dövlətçiliyə qovuşdurmuşdur.

Bəli, bir pedaqoq olaraq Q.Şahbazovanı düşündürən əsas problem insanın mənəvi dünyasıdır. Digər tərəfdən, aydın görünür ki, XXI əsr pedaqogika elmini təmsil edən bu Azərbaycan qadını yeni nəsil nümayəndələrinin mənəvi inkişafına yanaşmada da məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik prinsiplərinə əsaslanıb. Budur, 2018-ci ildə ADPU nəşriyyatı tərəfindən pedaqoji ictimaiyyətə təqdim edilən “Heydər Əliyev və milli-mənəvi dəyərlərə dövlət qayğısı” kitabının tərtibçisi kimi ciddi və məsuliyyətli bir vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Prinsip etibarilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərə dövlət qayğısı” kitabını müasir elm antologiyası da adlandırmaq mümkündür. 

Qızıltac Şahbazovanın elmi fəaliyyəti bu fədakar ziyalının elm sahəsindəki təşkilatçılığı ilə tamamlanır. O, 2006-2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutu “Pedqaqogika və psixologiya” kafedrasının müdiri vəzifəsində çalışarkən yüksəkixtisaslı kadrların hazırlığı məsələsini daim diqqətdə saxlamış, tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasını vacib və gərəkli saymışdır.  Bunun nəticəsidir ki, artıq bir çox tələbələri muxtar respublikanın ali təhsil sistemində onunla çiyin-çiyinə çalışır. 2019-cu ildən Naxçıvan Müəllimlər İnstitutunda Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyən Qızıltac xanım eyni zamanda 2.40 Dissertasiya şurasının elmi katibi olaraq onlarla tədqiqatçının taleyində yer tutan uğurlara imza atmışdır. 

Eyni zamanda, o, ”Müasir mərhələdə ümüm təhsil məktəbinin ibtidai təhsil pilləsində tərbiyə işinin nəzəriyyəsi və təcrübəsi'' Naxcıvan Muxtar Respublikası məktəbinin iş təcrübəsi əsasında) mövzusunda doktorluq  disertasiyası üzerində tədqiqat işi aparır.

Bəli, 25 ildir ki, Naxçıvan Müəllimlər İnstitutunda gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qızıltac Şahbazova öz elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan neomaarifçilik hərəkatına yeni uğurlar qazandırmaqdadır. 

Çapay Qadir oğlu Quliyev

Psixologiya üzrə fəlsəfə doktoru

Naxçıvan Dövlət Universitetinin Magistratura və 

doktorantura mərkəzinin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see300

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see288

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see272

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see262

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see262

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see258

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see256

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see241

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see239

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see235

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see229

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see216

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see195

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see194

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see193

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see188

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see187

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see172

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri