Icma.az
close
up
RU
Ziyarətgah MÜZAKİRƏSİ Quranda adı keçən Əshabi Kəhflə bağlı SİRLƏR açıldı

Ziyarətgah MÜZAKİRƏSİ Quranda adı keçən Əshabi Kəhflə bağlı SİRLƏR açıldı

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İllərdir ictimai müzakirələrdə ziyarətgah anlayışı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi ilahiyyatçılar İslamda belə bir anlayışın mövcud olmadığını bildirir. Digər tərəfdən isə, xüsusilə Naxçıvandakı Əshabi Kəhf mağarası Quranda adı çəkildiyi iddia edilərək ziyarətgah kimi tanınır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslamda vəfat etmiş yaxınları ziyarət etmək və onlara dua oxumaq tövsiyə edilir:
“Qəbirləri pirə, məbədə və ya biznes mərkəzinə çevirmək haqda Quranda heç bir dəlil yoxdur. Peyğəmbər (s.ə.s) buyurub ki, qəbirləri ziyarət edin, çünki bu, sizə axirəti xatırladır. Burada qəbahət yoxdur. Qəbahət qəbirləri və ziyarət edilən məkanları xurafatla, mövhumatla əlaqələndirməkdir”, - deyə o bildirib.
İlahiyyatçı vurğulayıb ki, Əshabi Kəhfin Quranda adı çəkilir, lakin həmin mağaranın dəqiq harada yerləşməsi barədə məlumat yoxdur:
“Dünyada bir neçə mağara bu hadisə ilə əlaqələndirilir. Onlardan biri də Naxçıvandakı Əshabi Kəhfdir. Oranı ziyarət etmək, orada dua etmək, hətta namaz qılmaq olar. Amma bu məkanda edilən ibadətin başqa yerlərdən daha üstün qəbul olunduğunu düşünmək İslama uyğun deyil. Bu, sadəcə təbiət abidəsi və turizm baxımından gözəl bir məkandır.”
Onun sözlərinə görə, İslamda ziyarət qadağan deyil, sadəcə doğru formada edilməlidir:
“Qəbrə, tarixi və ya təbiət abidəsinə baş çəkmək olar. Əsas odur ki, bunu xurafat, mövhumat və bidətlə qarışdırmamaq lazımdır. Ziyarətgah anlayışı qadağan deyil, sadəcə İslama zidd formada təqdim edilməsi doğru deyil.”
Aygün Hüseyn, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Sentyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see199

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see190

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see170

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see159

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see134

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see133

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see131

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see131

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see130

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see125

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see125

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see122

Liqa 1: “Renn” səfərdə “Paris”dən üstün oldu VİDEO

08 Noyabr 2025 02:22see122

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see121

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri