Zlatan İbrahimoviç: Messi “İnter Mayami”də heykəllərlə oynayır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 iyun, AZƏRTAC
İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç klublararası dünya çempionatındakı məğlubiyyətdən sonra ABŞ-ın “İnter Mayami” klubunun üzvlərini tənqid edib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, vaxtilə MLS-də “Los-Anceles Qelaksi”nin formasını geyinmiş veteran hücumçu Lionel Messinin komanda yoldaşlarını heykələ bənzədib.
“Məğlub olan Messi yox, “İnter Mayami” oldu. Leo komanda yoldaşları ilə deyil, heykəllərlə oynayır. O, elə futbolçularla əhatə olunub ki, sanki içi sementlə dolu olan torbaları daşıyırlar. Bu, mənim tanıdığım Messi deyil. Amma onu əsl komandaya versəniz, yenə də stadionu alovlandıracaq”, – deyə Z. İbrahimoviç bildirib.
Qeyd edək ki, 1/8 finalda Fransanın PSJ klubuna 0:4 hesabı ilə uduzan “İnter Mayami” turnirlə vidalaşıb. 1/4 finala yüksələn Paris təmsilçisi bu raundda Almaniya nəhəngi “Bavariya” ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 30 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















