Icma.az
close
up
RU
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”

Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Məşhur futbolçu Zlatan Ibrahimoviç Türkiyə millisinin Fransa ilə oyunundan sonra Arda Güler haqqında diqqətçəkən fikirlər səsləndirib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İbrahimoviç  Arda Gülerin yalnız istedadlı futbolçu olmadığını, xüsusi keyfiyyətlərə malik oyunçu olduğunu bildirib. Onun sözlərinə görə, Arda komanda yoldaşları eyni səviyyədə olmasa belə, oyunu idarə etməyə, hücumlar qurmağa və məsuliyyəti üzərinə götürməyə davam edir.

"Fransa ilə oyunda onun niyə bu qədər yüksək qiymətləndirdiyimi tam olaraq göstərdi. Olise, Dembele, Mbappe və Çerki ilə eyni meydanda idi, amma Arda heç də yad görünmürdü. O, həmin səviyyəyə aid idi", - deyə Ibrahimoviç bildirib.

Məşhur futbolçu Arda Gülerin hazırda izləməkdən ən çox zövq aldığı yarımmüdafiəçi olduğunu vurğulayıb:

"Onun dünyanın ən yaxşı yarımmüdafiəçisi olduğunu demirəm. Sadəcə, izləməyi seçdiyim futbolçunun Arda Güler olduğunu deyirəm".

İbrahimoviç  Ardanın futbol zəkasını da xüsusi qeyd edib. O, futbolçunun ilk toxunuşu, meydanı görməsi, texnikası, ötürmələri, driblinqi və yaradıcılığını yüksək qiymətləndirib.

"Arda Güler klassik 10 nömrədir. O, ötürmələr edilməmişdən əvvəl onları görür və başqalarının heç nə görmədiyi yerlərdə imkanlar yaradır", - deyə isveçli futbolçu əlavə edib.

İbra Ardanın öz nəslinin ən böyük "10 nömrə"lərindən biri olmaq potensialına sahib olduğunu da bildirib. O, futbolçunun oyununda Mesut Özilin izlərini gördüyünü, lakin Ardanın öz mirasını yaratmaq imkanına malik olduğunu söyləyib.

Bruno Fernandeş, Cud Bellinqem, Pedri və Vitinya kimi futbolçuları da izləməkdən zövq aldığını deyən Ibrahimoviç seçim etmək məcburiyyətində qalsa, Arda Gülerə üstünlük verəcəyini vurğulayıb:

"Amma yalnız birini seçməli olsam? Arda Güler. Hər dəfə".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Sentyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri