Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Xərçəng xəstələrinin sayı 67% artacaq

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Zorakılıq insani davranış deyil

Zorakılıq insani davranış deyil

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2007-ci ildə qərara aldığı və rəsmiləşdirdiyi Beynəlxalq Qeyri-Zorakılıq Gününün tarixi Hindistan müstəqillik hərəkatının lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günü ilə əlaqəlidir. BMT-nin 140 üzvünün imzaladığı Qətnamə Hindistanın o vaxtkı xarici işlər naziri Anand Şarma tərəfindən Baş Assambleyaya çıxarılıb. Zorakılığa “yox” deyən Beynəlxalq Qeyri-Zorakılıq Günü sülh və tolerantlıq tərənnüm edir.

Azərbaycan qanunlarına görə zorakılıq yolverilməzdir və onu törədənlər qanun qarşısında cavab verməlidirlər. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. 2012-ci ildə isə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında qanun qəbul edilib. Bu qanun məişət zorakılığına məruz qalmış şəxslərə cinayət olmayan əməllərdən belə qorunmağa imkan verir. Cinayət tərkibinin əlamətləri olmayan şikayətlərə pisixi təsir göstərmə, iqtisadi asıllılıqda saxlama, təhqir, təhdid, ictimai təcrid etmə və s. mənəvi zorakılıq halları daxildir.

Ailədə zorakılıq bütün cəmiyyətlərin ortaq problemdir. Bu sahədə aparılan araşdırmalar dünyada hər dörd qadından birinin və hər altı kişidən birinin ailədə zorakılığa məruz qaldıqlarını göstərib. Zorakılıq özünü həm fiziki, həm mənəvi, həm də iqtisadi tərəfdən göstərir. Ailədaxili zorakılığa məruz qalanlar həyat yoldaşı (qadın və ya kişi) da olur, uşaqlar da, ailə böyükləri (nənə və ya baba) də, xüsusi qayğıya ehtiyacı olanlar (fiziki qüsurlu insanlar) da. Yəni, zorakılıq törədən qarşıdakının yaşına, statusuna baxmır.

Kişilərin zorakılıq gördüyü cəmiyyətlərdə isə çox vaxt fiziki qüsuru olan kişilər və qocalar bundan əziyyət çəkir. Bu o demək deyil ki, onlara fiziki güc tətbiq edilir, yox, sadəcə sözlə də zorakılıq olur, bu iş qabiliyyətini itirmiş və ya yaşlanmış kişilərin ən çox raslaşdığı vəziyyətdir. Nədənsə, zorakılıqdan söz düşəndə hamının gözünün özünə əri tərəfindən döyülmüş, üz-gözü göyərmiş, paltarları cırılmış qadın surəti gəlir. Lakin zorakılıq tək ailədə deyil, cəmiyyətin bütün sferalarında rastlana biləcək vəziyyətdir. Bizim ölkəmizdə də zaman-zaman mətbuata, hüquq-mühavizə orqanlarına məlum olan zorakılıq hadisələri olur, amma etiraf etmək lazımdır ki, ölkəmizdə hər 100 zorakılıq halından yalnız bir neçəsi aşkara çıxır. Kimin gücü kimə yetirsə, zorakılıq göstərir. İnsanlar hər fürsətdə kinini, aqressiyasını boşaltmağa yer axtarır.

Psixoloq Məlahət Həsənova deyir ki, ailədaxili zorakılığın səbəbləri ailə üzvləri arasında anlaşmazlıq, ailə üzvlərinin məsuliyyətsizliyi, fiziki və ruhi problemlər, şəxsiyyət pozğunluqları, maddi problemlər, aldatma-xəyanət etmə, spirt və narkotik asılılıq, depressiya və fərqli namus anlayışlarıdır. Sosioloqlar isə hesab edir ki, ailədə zorakılığın artmasının səbəblərindən biri də savadsızlıqdır. Düzdür, bizdə savadsız qadınlar azdır, ali məktəb oxumayanların heç olmasa orta təhsili, kifayət qədər biliyi var. Təcrübədən keçmiş faktdır ki, dünyadan bir az xəbəri olan, haqqını-hüququnu bilən qadınlar özlərini əzdirmirlər. Heç olmasa, çətin durumda hara müraciət etmək lazım olduğunu bilirlər. Və ya əksinə, ailədə zorakılıq görən kişilər də var, kimisi valideynindən, kimisi də həyat yoldaşından. Zorakılıq tək fiziki təzyiq demək deyil, mənəvi zorakılıq da var və bu fiziki zorakılıqdan daha ağır nəticələr verir.

Psixoloqun sözlərinə görə birinci səbəb stress, əsəb yaradan işlərdən, genefondu dağıdan transgen qidalardan, eləcə də hər saniyə daha da korlanan ekologiyadan qaynaqlanır: “İnsanlar nə qədər ki, süni qida, genetik modifikasiya olunmuş məhsullar yeyəcəklər, ağır və stressli iş rejimi ilə çalışacaqlar elə belə də davam edəcək. Nəticə isə özünü ağır formada göstərir. İşdə, küçədə əsəbləri tarıma çəkilən kişi və ya qadın bütün hirsini evdəkilərin üstünə tökür, etiraz edən, səsini çıxaran olanda da zorakılıq tətbiq edir. İkinci səbəb qeyri-düzgün yaşam, uyğunlaşmayan baxışlar, uyuşmazlıqlardır. Əgər kişi evləndiyi qadını sadəcə görüntü olaraq bəyənirsə bu sonralar böyük problemlərə səbəb olur. Uyğun gəlməyən xasiyyətlər ailəiçi münaqişələrin təməlində durur. Üçüncü səbəb ictimai təsirlərdir.

Ailədaxili zorakılıq bir çox formada təzahür edə bilər, yumruq atma, təpikləmə, söyüş, hər hansı soyuq alətlə vurma, odlu silahlarla qorxutma və ya yaralama, zorla evləndirilmə, cinsi əlaqəyə məcbur etmə, evdə dustaq etmə və s. Bunlardan əlavə, ailə üzvlərinə qarşı səs ucaltmaq, başqalarının yanında hörmətdən salmaq, qürurunu qırmaq da zorakılıq sayılır. İqtisadi imkanların məhdudlaşdırılması, yəni maddi sıxıntıya salmaq da ailədaxili zorakılığın bir növü hesab edilir.

Ailədaxili zorakılığın ən çox zərər çəkmiş hədəfi qadınlardır, onlar döyülürlər, söyülürlər, təhqir və təcavüz edilirlər, yaralanırlar və hətta öldürülürlər də. Qadının ailədəki zorakılığı dözməsinin bir çox səbəbi var, özünü gücsüz hesab edir, maddi cəhətdən asılıdır, cəmiyyətin qınağından qorxur. Bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması nadir hal olsa da rast gəlinəndir. Kişilər daha çox mənəvi zorakılığa məruz qalır. Kişilər daha çox həyat yoldaşlarının təhqiri, lağ etməsi, kobud davranması kimi mənəvi zorakılıq görürlər.

Zorakılığın qurbanları qadınlardan sonra daha çox uşaqlar olur. Elə bu günlərdə mətbuatda Göygöl rayonunda anasının qeyri-qanuni birlikdə yaşadığı kişi tərəfindən zorakılığa məruz qalan körpənin fotoşəkilləri yayıldı. Azyaşlı vəhşicəsinə döyülmüş, bədən əzaları dəhşətli vəziyyətə salınmışdı. Bir çox ailədə valideynlər arasındakı anlaşmazlıqlardan, davalardan, zorakılıqdan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş, istər fiziki, istərsə də mənəvi zorakılıq göstərən hər cür davranış uşaq istismarı deməkdir. Ailədaxili zorakılıqda qocaların yeri də narahatlıq yaradacaq qədər genişdir. Ölkəmizdəki qocalar evlərində olan yaşlıların sayından bu cür halların əslində nə qədər çox olduğunu təxmin etmək olar. Bəzən övladları valideynlərini qocalar evinə göndərmək istəmir, çünki ya cəmiyyətin qınağından qorxur, ya da qoca valideyninin təqaüdünü itirməkdən. Buna görə də valideynə özü baxır. Amma necə baxır, orasını çoxumuz az-çox təxmin edə bilirik. Yaşlı və qocalara zorakılıq bir çox formada təzahür edir, bu fiziki zərər vermə də ola bilər, leqeydlik, maddi sıxıntı vermək, mal-mülkünə sahiblənmək, təhqir etmək, qürurunu sındırmaq kimi mənəvi zorakılıq da ola bilər.

Zorakılıq ailədən başlayır, cəmiyyətə də ailədən ötürülür. Məktəblərdə zorakılıq hallarının artması da bunun təsdiqidir. Məktəblilər bullinqə meyllənir, tətbiq edirlər. Uşaqlar hər fürsətdə bir-birini alçaldır, təhqir edir, özünə və əşyalarına zərər verir, fiziki və psixoloji təzyiq göstərir. Bullinq digər kollektivlərdə də baş verir, lakin məktəblərdə buna rast gəlmək daha təhlükəli vəziyyətin xəbərçisidir. Bəzən zorakılığı yeniyetməlik zamanı baş verən təbii proses kimi xarakterizə edirlər. Lakin zorakılığı heç bir halda böyümə dövrünə xas bir xüsusiyyət hesab etmək olmaz. Zorakılıq qeyri-insani davranışdır.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see645

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see450

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see297

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see260

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see254

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see253

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see249

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see240

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see230

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see215

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see211

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see211

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see206

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see201

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see198

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see187

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see182

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see174

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see173

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri