Icma.az
close
up
RU
Coşqun Məmmədovun nişanlısı danışdı Faciə necə baş verib?

Coşqun Məmmədovun nişanlısı danışdı Faciə necə baş verib?

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Şəkidə baş verən faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı Nazlı xanım danışıb.

Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

“Nazlı xanımın sözlərinə görə, həmin gün Coşqun, Ucal, Şəbnəm və Nazlı Ziplaynın birinci mərhələsini problemsiz keçiblər. İkinci mərhələdə əvvəl Şəbnəm yola salınıb və təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Sonra Coşqun xəttə buraxılıb. Nazlı xanım isə sona qalaraq video çəkəcəkmiş. Onun sözlərinə görə, Coşqun hələ xəttin sonuna çatmamış qarşı tərəfdən Ucal da yola salınıb. Yəni eyni anda xətt üzərində iki nəfər olub.

Nazlı xanım deyir ki, Coşqun ona əl yelləyib, bir neçə saniyə sonra isə qəfil sola doğru gedib... tros qırılıb. Zərbədən yola çıxmağa hazırlaşan Nazlı xanım da yerə yıxılıb, amma xoşbəxtlikdən ciddi xəsarət almayıb.

Hadisə saat 14:44-də baş verib və həmin ana aid fotoşəkilin vaxt göstəricisi bunu göstərir. Hadisədən sonra işçilərin rabitə cihazından “Kömək edin, qolum sındı” səsini eşidən Nazlı bunun Coşqun olduğunu düşünüb və onun sağ qalacağına ümid edib.

Saat 15:08-də Coşqunun düşdüyü yerə çatanda isə artıq gec olub. Onun mələk üzü, mavi gözləri mən ora çatanadək açıq idi”, - deyir Nazlı xanım.

Bu vaxt gözləri Ucal və Şəbnəmi axtarır. Bir müddət sonra Ucalın asfalt üzərinə düşdüyünü görür. Nazlı xanımın sözlərinə görə, Ucal bir müddət həyatda olub, lakin təcili yardım əraziyə gec çatıb. “Bəyaz, nurlu üzü olduğu kimi idi, amma başının arxasından qan axırdı...”— deyə o bildirir.

Nazlı xanımın başqa bir cümləsi isə bu faciənin bütün ağırlığını ifadə edir. Deyir, yüksəklikdə işləyən kişiyə baxıb yazıqları gəlib, hətta ona əlavə pul verməyi düşünüblər:

—Amma axırda özüm yazıq oldum... İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar: qazandığınız hər 25 manatın arxasında sizə etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır./Buta Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Sentyabr 2026 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri