Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Zori Balayanın gəbərməsi

Zori Balayanın gəbərməsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu ölünün dalınca danışarlar da, hətta...

Erməni millətçiliyinin XX əsrin sonlarına doğru vüsət almaqda olan Qarabağ avantürasının əsas ideoloqlarından sayılan Zori Balayan öldü. Belə bir deyim var ki, ölünün dalınca danışmazlar. Amma Balayan istisnadır. Ona görə deyə bilərik ki, Zori ölmədi, gəbərdi. Xocalıda azyaşlı uşağın başının dərisini soyan və onun necə can verməsinə tamaşa edib həzz alan, ən başlıcası bu səhnəni “yaradıcılığına” - 1996-cı ildə nəşr olunmuş “Ruhumuzun canlanması” adlı kağız parçasına daxil edən məxluq ölmür, məhz gəbərir və gorbagor olur.

Qeyd edək ki, Z.Balayan sözügedən əsərində Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı faktlarını sadalamış, hər bir erməninin bu hərəkətlərdən fəxr duymalı olduğunu bildirmişdi. Məhz buna görə də o, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxaq axtarışa verilmiş, hətta Avropada olarkən bir neçə dəfə saxlanılmışdı. “Əmması” odur ki, bu məxluq hər dəfə sərbəst buraxılmış, cinayət məsuliyyətindən yayın(dırıl)mışdı. Dünyada belə hesab etmişdilər ki, Azərbaycan durumu siyasiləşdirir. Halbuki, prinsip etibarilə, siyasiləşdirilmiş məsələ, hansısa mübahisəli məqam yoxdur. Çünki məxluq özü hansı qəddar əməllər törətdiyini yazmış, hər şeyi etiraf etmişdi. Əlbəttə, buna etiraf demək mümkündürsə...

Nə isə, bu barədə uzun danışmağa ehtiyac yoxdur. Təkcə onu demək lazımdır ki, Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına, xalqımızın çəkdiyi zülm və məşəqqətlərə dünyanın münasibəti necə idisə, Balayanın həbsinə və cinayət məsuliyyətinə cəlb edilməsinə münasibət də elə olmuşdu. Məsələ ikili standartlar prizmasından dəyərləndirilmişdi. Nəzərə alaq ki, bu məxluq, eyni zamanda, 1994-cü ildə Bakı Metropolitenində törədilmiş qanlı terror əməllərinin də təşkilatçılarından olmuşdu. Yəni ona cinayət işi həm də buna görə açılmışdı.

Z.Balayan 1935-ci ildə Xankəndidə doğulmuşdu. O və erməni millətçiləri Zoriyə yazıçı, həkim, ictimai-siyasi xadim deyirdilər. Əlbəttə, yuxarıda canlandırdığımız səhnəyə görə bütün bu vəzifə və statuslar boşdur. Balayan, sözün əsl mənasında, cəllad, XX əsrin sonlarına doğru baş qaldırmış erməni separatizminin obrazı və siması idi. Onu da nəzərə alaq ki, bu, cəlladın Xocalıya qədərki keçdiyi yol olmuşdu.

Bəli, Z.Balayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən alınaraq, Ermənistan SSR-ə birləşdirilməsinin əsas ideoloqlarından idi. Yəni o, “Miatsum” avantürasının əsas ideoloqlarından olmuş, hətta bir qədər “irəliyə” də getmişdi. Belə ki, Balayan 1988-ci ildə erməni şairi Silva Kaputikyan ilə birlikdə SSRİ rəhbəri Mixail Qorbaçovla görüşərək, Qarabağ məsələsini qaldırmışdı. Daha doğrusu, Qorbaçovdan Qarabağı istəmişdi. Balayan, həmçinin özünün “Ocaq” kitabında bölgənin erməni torpağı olması ideyasını irəli sürmüşdü. “Ocaq” barədə bir qədər sonra.

Hələlik, onu deyək ki, Z.Balayan çox yaşadı. Hər halda, günümüzün reallıqlarını nəzərə alsaq, 91 yaş az deyil. Qəribə səslənsə də, deməliyik ki, Zorinin uzun ömür sürməsi yaxşı oldu. O, “Miatsum”un 2020-ci ilin 44 günlük müharibəsi ilə can verdiyini, 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin lokal xarakterli antiterror tədbirləri ilə canını tapşırdığını, tarixin zibilliyinə göndərilib gorbagor olduğunu gördü. Yəni sağ ikən ölüyə çevrildi. Əlbəttə, birmənalı şəkildə demək olmaz ki, Balayan yaşananlara – Ermənistanın acınacaqlı məğlubiyyətinə, Qarabağ itkisinə görə yandı-yaxıldı. Axı belələri gerçək ideya adamı yox, saxtakar və psixoloji xəstə olurlar. Hər halda, gerçək ideya və ideologiya zülmə və qəddarlığa bəraət qazandıra, insanlıq əleyhinə cinayətləri təbliğ edə bilməz. Deməli...

Z.Balayanı əleyhimizə olan, taleyimizə məşəqqətlər yazan zaman özü yetişdirərək ortaya atmışdı. O zaman ki, onun at oynadanları, söz sahibləri Cənubi Qafqazda münaqişə ocağı yaratmaq ssenarisini qurmuşdular. Qurmuşdular ki, regionda təsirlərini qoruyub saxlasınlar. Qurmuşdular ki, Azərbaycan və erməni xalqlarının düşmənçiliyi üzərində özlərinin məkrli siyasətlərini yeritsinlər. Belələri üçün Balayan qəhrəman idi. Onlar qəhrəmanı ucaldır, yüksəklərə daşıyır, şəninə layiq olmadığı xoş sözləri sıralayırdılar. Xoş sözlərdən və təriflərdən söz düşmüşkən, Z.Balayan 2016-cı ildə Moskvada 8 cildlik əsərlər toplusunun təqdimatını keçirmişdi. Şəhərin İncəsənət İşçiləri Sarayında gerçəkləşmiş tədbirin təşkilatçılarına diqqət yetirin: Rusiya Yazıçılar Birliyi, Rusiya Jurnalistlər Birliyi, “Literaturnaya qazeta” və “Bədii ədəbiyyat” federal nəşriyyat evi. Əsərlər toplusunda Balayanın bütün məqalələri, reportajları, o cümlədən haqqında söz açdığımız bədnam “Ocaq” yer alıb. O “Ocaq” ki, bütövlükdə Azərbaycan əleyhinə yönəlmişdi. Balayan əsərdə tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia etmiş, həmçinin, türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni adlandırmışdı.

Hər şey aydındır. Təntənəli təqdimat mərasimi keçirilmişdisə, deməli, Z.Balayanın “tarixi xidmətləri” unudulmamışdı. Bəli, tam əminliklə demək olar ki, Z.Balayan rus imperializminin Azərbaycan və erməni xalqları arasında düşmənçilik yaratmaq planlarındakı obraz idi. O obraz ki, onun ölümünə nəinki Azərbaycanda, elə Ermənistanın özündə də hiddət pəncərəsindən baxanlar, “gəbərdi” deyərək reaksiya verənlər var. Axı məhz balayanların və digər yanların “ayı xidmətlərindən” bəhrələnmiş imperializm yaratdığı düşmənçiliklə təkcə Cənubi Qafqaz xalqları arasına nifaq toxumları səpmədi, eyni zamanda, bütövlükdə regionun inkişafını ləngitdi.

Sonda bir məqamı da diqqətə çatdıraq. Məlum olduğu kimi, bu gün də Rusiyada Qarabağ kartını işə salmaq, əvvəlki dövrü geri qaytarmaq, yeni balayanlar tapmaq istəyənlər var. Heç şübhəsiz, onların istəkləri həyata keçməyəcək, bu, öz yerində. Amma Balayanın ölümündən söz açırıqsa, deməliyik ki, bu hadisə regiona nifaq toxumu səpmək arzusuna düşənlər üçün də ölümə bərabər olaydır. Yəni onlar çox asanlıqla Zori barədəki “gəbərdi” ifadəsi ilə özlərinin siyasi aqibətləri arasında paralel apara bilərlər.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Aprel 2026 01:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri