Ətraf mühitə təsir hesabatları ilə bağlı qanunlarda dəyişiklik təsdiqləndi
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ətraf mühitə təsirin qiymətləndirilməsinə dair hesabatların ictimaiyyətə təqdim olunması ilə əlaqədar qanunvericilik dəyişikliyi təsdiq edilib.
"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bu istiqamətdə "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişikliklərə imza atıb.
Sənədə görə, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin nəticəsində ətraf mühitin vəziyyətində yaranan dəyişikliklərin izlənilməsi və araşdırılması sistemi olaraq müəyyən edilib.
Qanunda qeyd olunub ki, təbiətdən istifadəçilər ("Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanuna uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi tələb edilən fəaliyyət sahələri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin istehsalat monitorinqini həyata keçirməlidirlər.
Mövcud qanunvericiliyə müvafiq şəkildə ətraf mühitin istehsalat monitorinqində tətbiq olunan ölçmə avadanlıqlarının tipi təsdiqləndən keçməli və həmin avadanlıqlar yoxlamaya cəlb olunmalıdır.
Ətraf mühitin istehsalat monitorinqinin nəticələrinə dair illik hesabat müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qurumun hazırladığı formaya uyğun şəkildə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi quruma növbəti ilin fevralın 1-dək təqdim edilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Noyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















