Zubir: “Qarabağ” inamlı təsir bağışladı
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Avropa Liqası fərqli turnirdir, burada hər oyunun öz spesifikası var. Daha çox çalışmalı və növbəti mərhələyə yüksəlmək üçün səfərdə qələbə qazanmalıyıq”.
Bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda ÇSKA (Sofiya) ilə qolsuz bərabərliklə başa çatan ilk oyunu dəyərləndirərkən deyib.
34 yaşlı futbolçu qarşılaşmanın çətin keçdiyini bildirib:
“Bu gün qalib gəlmək bizim üçün çox vacib idi. Çox yaxşı rəqibə qarşı çətin oyun geridə qaldı. Qol imkanlarından yararlanmaq bir qədər çətin oldu. Lakin ümumilikdə komandamız çox inamlı təsir bağışladı. Qarşıda bizi daha bir vacib görüş gözləyir. Səfərdəki matça yaxşı hazırlaşmalı və oradan qələbə ilə dönməliyik. Asan olmayacaq, amma bunu bacarmaq üçün əlimizdən gələni edəcəyik”.
Zubir cavab oyununa maksimum motivasiya ilə hazırlaşdıqlarını da vurğulayıb:
“İndi bütün diqqətimizi səfər matçına yönəltmişik. Bu, turnirdə ikinci səfər oyunumuz olacaq. Düşünürəm ki, azarkeşlər üçün maraqlı və baxımlı mübarizə alınacaq, çünki hər iki komanda keyfiyyətlidir. Daha yaxşı hazırlaşıb qələbə qazanmağa çalışacağıq. Bu, bizim əsas hədəfimizdir və həmişə belə olub. Səfər matçının necə keçəcəyini indidən demək çox tezdir. Ancaq bizi həqiqətən də ağır və gərgin 90 dəqiqənin gözlədiyini dəqiq bilirik.”
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 24 İyul 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















