Zukerberqin bacısı ilə bənzərliyi gündəm oldu Foto
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
“Facebook”un qurucusu Mark Zukerberqin bacısı Ariel Zukerberq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, istifadəçilər onun xarici görünüşünün qardaşına çox bənzədiyini bildirərək Arielə “Markın qadın klounu” adını veriblər.
Qeyd edək ki, müzakirələr, 37 yaşlı Ariel Zukerberqin San-Fransiskoda keçirilən Texnologiya Həftəsinin ilk gecəsində DJ kimi çıxış etməsindən sonra ortaya çıxıb.
O, tədbirdə qara sviter və cins şalvar geyinərək izdiham qarşısında musiqi səsləndirib. Lakin sosial şəbəkə istifadəçilərinin diqqətini onun musiqi seçimindən daha çox Mark Zukerberqə bənzərliyi çəkib.
Arielin çıxışından çəkilən video “X” sosial şəbəkəsində paylaşılıb və milyonlarla çox baxış toplayıb. İstifadəçilər şərhlərdə onun qardaşına bənzərliyini müzakirə ediblər. Bəziləri Arielin Markın qadın versiyasına bənzədiyini yazıb.

Ariel də yayılan videoya münasibət bildirib. O, 2018-ci ildən DJ kimi fəaliyyət göstərdiyini, müxtəlif klublarda və festivallarda çıxış etdiyini qeyd edib. Onun sözlərinə görə, musiqi fəaliyyəti əsasən dostları ilə vaxt keçirmək və əylənmək məqsədi daşıyır.
Ariel Zukerberq eyni zamanda “Long Journey Ventures” şirkətində vençur kapitalı üzrə mütəxəssis kimi çalışır. Şirkət texnologiya sahəsində fəaliyyət göstərən startaplara investisiya yatırır. Ariel 2019-cu ildə Endryu Cordanla ailə qurub. Onların Yasper adlı oğlu 2024-cü ilin yanvarında dünyaya gəlib.
Ariel Zukerberqlər ailəsinin dörd övladından ən kiçiyidir. Markın böyük bacısı Rendi Zukerberq əvvəllər “Facebook”da çalışıb, daha sonra öz şirkətini qurub və uşaq kitabı yazıb. Digər bacısı Donna Zukerberq isə klassik ədəbiyyat sahəsində araşdırmalar aparır.
Bu mövzuda digər xəbərlər:Zukerberqin qeyri qanuni məktəbini bağlayıblar
11 Noyabr 2025 12:26
Zukerberqin koronavirus peyvəndi ilə bağlı şok etirafı...
11 Yanvar 2025 08:32
Mark Zukerberqin “görəcəkli günlərini yaşayan” qonşuları...
13 Avqust 2025 22:17
Bezosun nişanlısının geyimi, Zukerberqin baxışları... Video
21 Yanvar 2025 15:52
Zukerberqin boşanacağı ilə bağlı mərclər təşkil olunur Fotolar
23 Yanvar 2025 12:04
Baxış sayı:152
Bu xəbər 09 Oktyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















