Icma.az
close
up
RU
Zülfüqarovun sözləri Rusiyanı ayağa qaldırdı Qədim şəhərimizlə bağlı SENSASİYA

Zülfüqarovun sözləri Rusiyanı ayağa qaldırdı Qədim şəhərimizlə bağlı SENSASİYA

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Dərbəndlə bağlı paylaşımı ölkə ictimaiyyətində, o cümlədən Rusiyada müzakirələrə səbəb olub. Keçmiş nazir Dərbəndin Rusiyanın ən qədim şəhəri olduğunu bildirib və vurğulayıb ki, əhalisinin təxminən 40 faizi azərbaycanlılardan ibarətdir.  

Zülfüqarov həmçinin şəhərdə yaşayan azərbaycanlılara Dərbəndi tərk etmələri üçün çağırış edildiyini söyləyib. “Bizə “Azərbaycanımıza get” deyənlər nə demək istəyir? Yerli xalq öz torpağını tərk etməlidir”, – deyə qeyd edən sabiq nazir, azərbaycanlıların orada avtoxton xalq olduğunu xatırladıb.

Globalinfo.az məsələ ilə bağlı Tofiq Zülfüqarovla müsahibə edib:

— Tofiq bəy, son Dərbənd yazınız Kremlə yaxın bəzi təbliğatçı dairələrdə narahatlıq doğurub. Radikal mövqeyi ilə seçilən “Çarqrad” və digər media platformaları dərhal “Azərbaycanlılar Rusiyanın yerliləridirmi?” sualını gündəmə gətirərək mövzunu şişirdiblər. Belə reaksiya ilə qarşılaşmağınızın səbəbi nədir?

— Rus millətçilərinin belə reaksiya verməsi gözlənilən idi. Onların təhsil və bilik səviyyəsi adətən çox aşağıdır. Onlara danılmaz faktlar təqdim ediləndə panikaya düşürlər. Mən yeni bir şey deməmişəm, bütün məlumatlar vikipediyada da mövcuddur, istənilən şəxs oradan oxuya bilər. Millətçilərin təşvişə düşməsi normaldır və hətta bununla razıyam. Bəziləri öz siyasi baxışlarını yenidən nəzərdən keçirməlidirlər. Çünki onların “millətçiliyi” və “vətənpərvərliyi” əslində dövlətin əsaslarını sarsıdan siyasətdir.

— Dərbənd məsələsinin hazırkı mərhələdə gündəmə gətirilməsinin səbəbi nədir?

Həmçinin oxuyun:

Rusiyadakı azərbaycanlı milyarderlərlə bağlı ŞOK: Kreml 12 il əvvəlki “silaha” əl atır?

Rusiya çoxmillətli dövlətdir. Dərbənddə yaşayan azərbaycanlılar bu dövlətin avtoxton xalqıdır. Mənim dediklərim Dağıstan rəhbərinin fikirləri ilə üst-üstə düşür (gülür). Bu baxımdan məni nədəsə ittiham etmək onlar üçün demək olar ki, mümkün deyil. Sadəcə olaraq, özlərinə sərf etməyən məlumatları təhrif olunmuş şəkildə təqdim edirlər. Bu onların işidir. Rusiya siyasi elitasında yetərincə insan var ki, bu cür “millətçilərin” siyasətinin təkcə Bakı-Moskva münasibətlərinə deyil, həm də Rusiyanın özünə zərər verdiyini anlayır. Mən bu məsələyə ona görə diqqət yetirirəm ki, azərbaycanlılara qarşı təzyiqlər güclənir və bunun qarşısını almaq üçün belə işləri davam etdirməliyik.

— Dərbənddə yaşayan həmin 40 faiz etnik azərbaycanlının taleyi necə olacaq?

— Digər azərbaycanlılardan fərqli baxmaq istəməzdim. Onlar da Rusiya dövlətinin vətəndaşlarıdır. Rusiyada yaşayan digərləri də eyni qaydada. Coğrafi baxımdan hansı vətəndaş hansı hüquqlara malikdirsə, onların da hüquqları eyni olmalıdır. Bu baxımdan, milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların hüquqları bərabərdir.

—Rusiyada yaşayan azərbaycanlıların müxtəlif təzyiqlərlə üzləşdikləri məlumdur. Dərbənddə yaşayanlar da eyni taleyi yaşayacaqlarmı?

— Bu kimi halların yaşanmaması üçün çalışmalıyıq. Azərbaycan vətəndaşı kimi buna qarşı imkanlarım daxilində mübarizə aparacağam. Əminəm ki, mənimlə eyni mövqedə olan yüzlərlə, minlərlə azərbaycanlı var. Mən Rusiya Federasiyasında anadan olmuşam, atam müharibədən sonra Rostovda həkim işləyirdi. O vaxt həkim çatışmazlığı vardı və atam orada çalışmaq üçün göndərilmişdi. Bunu deməyimin səbəbi var. İndiki mərhələdə bu cür siyasət Rusiya və Azərbaycan qanunlarına, dünya ölkələrinin beynəlxalq norma və standartlarına ziddir. Biz buna qarşı öz sözümüzü deməliyik.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 İyul 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri