Icma.az
close
up
RU
“Sabah” Yusif İmanov məsələsi ilə bağlı bəyanat yaydı

“Sabah” Yusif İmanov məsələsi ilə bağlı bəyanat yaydı

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün "Sabah" FK AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ilə tanış olmuşdur. Həmin qərara əsasən, klubun sabiq futbolçusu Yusif İmanovun tələbləri qismən təmin edilmiş, klubun qarşı tələbləri isə təmin olunmamışdır. Klub hesab edir ki, Komitə bu qərarda bir sıra qanunsuz və heç bir əsası olmayan nəticələrə gəlmişdir.

Birincisi, reqlamentin iş üzrə tərəfin Komitəyə ərizə təqdim etməzdən əvvəl digər tərəfə rəsmi qaydada xəbərdarlıq göndərmək və tələblərin icrası üçün müddət vermək öhdəliyi barədə tələbi formal prosedur deyil, hüquqi baxımdan vacib və məcburi tələbdir. Bu tələbin yerinə yetirilməməsi futbolçunun iddiasının icraata qəbul edilməsini istisna etməlidir. Lakin Komitənin bu norma ilə bağlı şərhi həmin normanı tamamilə mənasından məhrum etmişdir.

İkincisi, Komitə futbolçu ilə klub arasında bağlanmış müqavilədə qeyd edilən, futbolçunun yalnız əsas komandada deyil, hər hansı komandada (həm birinci, həm də ikinci komandada) çıxış edə bilməsini nəzərdə tutan əsas müddəasını düzgün şəkildə dəyərləndirməmişdir.

Əgər futbolçunun əvəzedici komandaya göndərilməsi müqavilə ilə tənzimlənirsə, əsas və ikinci komandada hansı oyunçuların çıxış edəcəyinə dair yeganə qərar vermək səlahiyyəti kluba və onun məşqçi heyətinə məxsusdur. Bu məsələdə məşqçi heyətinin səlahiyyəti məhdudlaşdırıla bilməz. Beləliklə, futbolçunun əsas komandadan uzaqlaşdırılmasının qeyri-qanuni olması barədə arqument hüquqi baxımdan qəbul edilə bilməz.

Bununla belə, Komitə heç bir hüquqi əsas olmadan futbolçunun hansı komandada çıxış etməli olduğuna məşqçi heyətinin deyil, Komitənin qərar verə biləcəyi kimi təhlükəli presedent yaradır.

Komitənin qərarı yekun xarakter daşımır və "Sabah" FK bu qanunsuz, əsassız, qeyri-obyektiv və ədalətsiz qərardan şikayət etmək üçün bütün mümkün hüquqi mexanizmlərdən istifadə edəcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sport24.az
archiveBu xəbər 06 Dekabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri