Azərbaycanlı aktrisa tələbə vaxtı maddiyata görə bu işlə məşğul olubmuş FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aktrisa Sevinc Əliyeva əvvəllər başqa sənətlə məşğul olub.
Milli.Az xəbər verir ki, o, bu barədə jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" verilişində açıqlama verib.
Sevinc deyib ki, tələbəlik illərində rəqs müəllimi kimi çalışıb:
"Uşaqlıqda bilmirdim ki, aktrisa olacağam, amma istəyirdim. Ailədə tək uşaq idim, özüm özümlə oynayırdım. Məktəbdə çox utancaq idim, evdə isə bir gün həkim olurdum, bir gün satıcı. Anam kinostudiyada çalışdığı üçün bu mühitdə böyümüşəm, bir gün səs otağında olurdum, bir gün montaj otağında... Özümü başqa peşədə görmürdüm. Harada olsam da, kinoda olmalıydım. İncəsənət Gimnaziyasında təhsil aldım, sonra İncəsənət Universitetində oxudum. Onu da deyim ki, rəqs müəllimi olmuşam. Gimnaziyada rəqs, skripka və forte-piano üzrə təhsil aldım. Milli rəqsləri öyrəndim. Universitet dövründə gəlir lazım olduğu üçün paralel olaraq rəqs müəllimi kimi çalışdım. Birinci qrupumda da uşaqlar idi".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 04 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















